Ankara və London strateji tərəfdaşlığı gücləndirir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Krallığın Baş naziri Endi Börnham ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, liderlər görüşdə Türkiyə-Birləşmiş Krallıq ikitərəfli münasibətləri ilə regional və qlobal inkişafları müzakirə ediblər.
Ərdoğan Baş naziri yeni vəzifəsi münasibətilə təbrik edib, qarşıdakı dövrdə iki ölkə münasibətlərinin daha yüksək səviyyələrə çatdırılacağına inandığını bildirib.
Prezident görüşdə Türkiyə və Birləşmiş Krallığın başda müdafiə sənayesi olmaqla, bütün sahələrdə əməkdaşlıqda mühüm mərhələlərə nail olduğunu, iki ölkənin imzaladığı Strateji Tərəfdaşlıq Çərçivə Sənədi ilə Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı Sənədinin mühüm olduğunu, ticarət dövriyyəsinin artırılması ilə investisiya sahələrində də hədəflərə çatmaq üçün birlikdə işləməyə davam ediləcəyini bildirib.
Aysel Mətləb