İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI
İsrail Müdafiə Ordusu (IDF) "sarı xətt" adlandırılan xəttdən geri çəkilməyəcək və Qəzza zolağında öz mövqelərində qalacaq.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının müşaviri Dmitri Gendelman "TASS"a bildirib.
"İsrail Müdafiə Ordusu sarı xəttdən geri çəkilməyəcək, hazırkı mövqelərində qalacaq və öz qüvvələrinə, vətəndaşlarına qarşı istənilən təhdidin qarşısını almağa davam edəcək. İsrail, həmçinin döyüşçülərin nöqtəvi şəkildə məhv edilməsi ilə bağlı yanaşmasını dəyişməyəcək", - deyə o vurğulayıb.
D. Gendelman, həmçinin Baş nazir Benyamin Netanyahu və ABŞ Prezidentinin kürəkəni Jared Kuşnerin görüşündən danışıb:
"Görüşdə söhbət ondan gedirdi ki, HƏMAS bütün zolaq ərazisində tərksilah olunana qədər Qəzza zolağında heç bir bərpa işləri aparılmayacaq. Demilitarizasiyaya doğru ilk addım HƏMAS-a silahlarını ABŞ-nin nəzarəti altında məhv edilmək üçün təhvil verməsi tələbi olacaq".
Aysel Mətləb