AİB sədri: “Azərbaycan həkimləri xəstələrin nədən zəhərləndiyini demirlər"

AİB sədri: “Azərbaycan həkimləri xəstələrin nədən zəhərləndiyini demirlər"
07.01.2026 17:22

“Ümumiyyətlə, Azərbaycanda zəhərlənmələrin qeydiyyatı bərbad vəziyyətdədir. Zəhərlənən insanlar nə Eyyub Hüseynovun yanına gəlir, nə də sizin sayta müraciət edirlər. Birbaşa səhiyyə orqanlarına üz tuturlar. Oradan da yolları ya o dünyaya düşür, ya da bu dünyada qalırlar. Ancaq ya əlil olurlar, ya da başqa xəstəlik tapırlar”.

Bu fikirləri TodayPress TV-yə açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, fəaliyyəti dövründə zəhərlənmə nəticəsində zərər çəkmiş hər hansı bir şəxsin hüququnu məhkəmə yolu ilə qorumağa nail ola bilməyib. Bunun əsas səbəbi isə tibbi sənədlərdə zəhərlənmənin mənbəyinin göstərilməməsidir:

“30 il ərzində mən bir dəfə də olsun zəhərlənmiş və ya əlil qalmış bir insanın hüququnu qorumağa nail olmamışam. Çünki Azərbaycan həkimlərinin əli kəsilsə belə, yazmırlar ki, bu, nədən zəhərlənib. Bunun üçün məhkəmə iddiası qaldırılmalı, ortada rəsmi sənədlər olmalıdır və s. Yəni bu məsələ bərbad vəziyyətdədir”.

AİB sədri zəhərlənmələrlə bağlı rəsmi statistikanın da reallığı əks etdirmədiyini vurğulayıb:

“Zəhərlənmələrin statistikası Qida Təhlükəsizliyi Agentliyinin saytında göstərilir və bu göstəricilər Azərbaycanda ümumdünya göstəricisindən 1400 dəfə azdır".

Zəhərlənmələrin statistikasını gizlətməklə bu işə nəzarət edən insanlar özlərini xoşbəxt hiss edirlər. O cümlədən dərmandan zəhərlənmə halları da var. Demək olar ki, əksər ölkələrdə hər hansı dərman bir ölkəyə daxil olduqda, onun distribütorları dərmanların yan təsirlərini öyrənir. Müəyyən bir məlumat bazası yaradılır, həmin dərmandan zəhərlənmələr və digər problemlər orada qeyd olunur və dərman şirkətləri bu nəticələri təhlil edir”.

Eyyub Hüseynov əlavə edib ki, əksər ölkələrdə dərman bazara daxil olduqdan sonra onun yan təsirləri sistemli şəkildə izlənilir və məlumat bazası yaradılır. Azərbaycanda isə bu mexanizm faktiki olaraq mövcud deyil:

“Azərbaycanda dərmanların yan təsirləri öyrənilmir, ümumiyyətlə öyrənilmir. Belə bir şəraitdə, dərman biznesinin sürətlə inkişaf etdiyi, aptek şəbəkəsinin digər ölkələrlə müqayisədə 20 dəfə çox olduğu, həkimlərin həkim işi ilə yox, bizneslə məşğul olduğu bir mühitdə dərmandan zəhərlənmələrin də artması, təəssüflər olsun ki, öz yerini tapır”.

O qeyd edib ki, problem istehlakçı siyasətinin köhnəlməsidir: 

“Çox təəssüflər olsun ki, istehlakçılarla bağlı qanun 1995-ci ildə qəbul olunub və o vaxtdan bəri dəyişdirilməyib”.

Məlumat üçün bildirək ki, 2025-ci il ərzində zəhərlənmə halları ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 1188 müraciət daxil olub. Statistik göstəricilər göstərir ki, zəhərlənmələrin əksəriyyəti dərman preparatları və sirkə turşusu ilə bağlıdır. Bəzi hallarda bu cür zəhərlənmələr ölümcül nəticələnib. 

2024-cü ilin yanvar-noyabr ayları ərzində isə bu say 1118 nəfər olub. 

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 Все новости