Xəzərə vurulmuş “qara ləkə”: Kimdir müqəssir?

Xəzərə vurulmuş “qara ləkə”: Kimdir müqəssir?
20.08.2025 12:52

Xəzər dənizi təkcə dünyanın ən böyük qapalı su hövzəsi deyil, həm də regionun ekoloji, iqtisadi və geosiyasi baxımdan ən həssas nöqtələrindən biridir. Lakin son illərdə bu nəhəng su hövzəsi getdikcə artan təzyiqlə üz-üzədir. Dəniz səviyyəsinin azalması, sənaye çirklənməsi və neft-qaz fəaliyyəti Xəzəri ciddi təhlükə altına salıb. 

Son günlər aparılan müşahidə nəticəsində məlum olub ki, Xəzər dənizində sahəsi 82 kvadratkilometr olan böyük ləkə yaranıb. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ekoloq Sevil Yüzbaşova bildirib ki, ləkənin yaranması ehtimalı dənizdəki platformalardan birində baş vermiş qəza ilə bağlıdır.

“Görünür, dənizdə hər hansı platformada və ya neftqaz infrastrukturu obyektində qəza baş verib. Bu kimi hallarda ictimaiyyətə dolğun məlumat verilmədiyi üçün tullantıların dənizə atılması ciddi narahatlıq doğurur. Mənim fikrimcə, müşahidə olunan çirklənmə neft ləkəsidir. Çünki balıqçılıq fəaliyyəti nəticəsində belə genişmiqyaslı ləkənin əmələ gəlməsi real deyil. Bu hal dəniz ekosisteminə ciddi ziyan vurur və məsul qurumların dərhal müdaxiləsini tələb edir”.

Ekoloq əlavə edib ki, yaranan ləkənin təmizlənməsi zəruridir və bunun üçün müxtəlif üsullar mövcuddur. O, vurğulayıb ki, yaranmış vəziyyət geopolitik aspektlərlə də əlaqəli ola bilər:

"Hadisənin arxasında Rusiya tərəfindən təşkil olunmuş təxribatın dayanması ehtimalı da nəzərdən keçirilir. Son günlərdə SOCAR-ın müxtəlif obyektlərinə qarşı həyata keçirilən hücumlar bu ehtimalı gücləndirir. Bu səbəbdən, enerji infrastrukturu ilə bağlı təhlükəsizlik tədbirlərinin artırılması və mümkün risklərə qarşı daha çevik yanaşma zəruridir".

Sevil Yüzbaşova diqqətə çatdırıb ki, çirklənmələr Xəzər dənizinin həm faunasına, həm də florasına ciddi ziyan vurur. Onun sözlərinə görə, dəniz səviyyəsinin azalması ilə yanaşı, ekoloji problemlər də artıq geniş miqyas almağa başlayıb və bu proses Xəzərin ümumi ekosistemini təhlükə altına salır.

Qeyd edək ki, “Publika.az”ın məlumatına görə, Xəzər dənizində aşkarlanan ləkənin ya neftdən, ya da balıqçılıq tullantılarından ibarət ola biləcəyi bildirilir. O, Kurık Limanı – Bakı gəmiçilik xətti boyunca uzanaraq Azərbaycan və Qazaxıstan sektorlarını əhatə edir.

Türkan İsgəndərli

FOTOLAR

Xəzərə vurulmuş “qara ləkə”: Kimdir müqəssir? — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Bütün Xəbərlər