"Kim səni məcbur edir ki, 4 minlik "iPhone 17" alasan? Əynindəki şalvarın dizləri ağarıb" - Cibi ilə "siçantutanları" tənqid etdilər

"Kim səni məcbur edir ki, 4 minlik "iPhone 17" alasan? Əynindəki şalvarın dizləri ağarıb" - Cibi ilə "siçantutanları" tənqid etdilər
21.05.2026 15:54

Sabiq müstəntiq, hüquqşünas Müşfiq Abbasov kreditlə bahalı telefon alan şəxslərlə bağlı sərt fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, o, son iki ay ərzində sosial media vasitəsilə insanların hüquqi problemlərinin həllinə kömək etdiyini, qarşılaşdığı halların əksəriyyətinin isə şəxslərin yanlış maliyyə qərarlarından qaynaqlandığını bildirib.

Hüquqşünasın sözlərinə görə, xüsusilə gəliri az olan insanların yüksək qiymətli telefonları kreditlə alması sonradan ciddi problemlərə səbəb olur:

"500 manat maaş alan şəxs gedib 4 min manatlıq telefon götürür. Bir müddət sonra kredit ödənilmir, başlayır məhkəmə, icraçı zəngləri və digər problemlər. Adam bir telefonun girovuna çevrilir".

Ekspert qeyd edib ki, insanlar sosial görünüş naminə özlərini çıxılmaz vəziyyətə salırlar:

"Kim səni məcbur edir ki, "iPhone 17" alasan? Əynindəki şalvarı 3 ildir geyinirsən, dizləri ağarıb, amma gedib bahalı telefon alırsan. Get özünə 30 manatlıq şalvar al".

Sabiq müstəntiq vurğulayıb ki, bu cür problemlə üzləşən insanların sayı minlərlədir və əksəriyyət kredit öhdəliklərini düzgün hesablamadan qərar verir.

Ümumiyyətlə son illər insanlar kapitalist sistemin qurbanlarına çevriliblər. Aylıq gəliri az olanlar ilk vaxtlar həvəsə düşüb alsalar da, sonradan əziyyət çəkirlər. Kredit ödənilməyəndə məhkəmə, icraçı zəngləri, maaşdan tutulan cərimələr başlayır. Nəticədə adam bir telefonun əsirinə çevrilir.

Ən acınacaqlı məqam odur ki, bu insanlar öz səhvlərini qəbul etmək əvəzinə bankı, sistemi, hökuməti günahlandırırlar. 

Gerçək həyatda status bahalı telefonla ölçülmür. Borcsuz yatmaq, cibində az da olsa pul qalmaq, stresdən uzaq olmaq əsl zənginlikdir. 

Müşfiq Abbasovun dediyi kimi, bu problemlə üzləşənlərin sayı minlərlədir, hamısı da eyni səbəbdən.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bütün Xəbərlər