İllərdir davam edən "TurAz" davası.. - Ramiz Mehdiyevin kürəkəninin iddiası rədd edildi!

İllərdir davam edən "TurAz" davası.. - Ramiz Mehdiyevin kürəkəninin iddiası rədd edildi!
13.08.2026 20:28 Kриминал

Ali Məhkəmənin Kommersiya Kollegiyası uzun illərdir davam edən və Şabranlı sahibkar Mansur İbrahimovla sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev arasında gedən məhkəmə çəkişmələrindən biri üzrə yekun qərarını verib. Məhkəmə İlham Əliyevin "TurAz" MMC-nin adından qaldırdığı iddianı təmin etməyib və bununla da növbəti hüquqi mübahisəyə son qoyub.

TodayPress TV "Müsavat"a istinadən xəbər verir ki, söhbət "TurAz" MMC-nin Mənsur Nəmətulla oğlu İbrahimova, Şabran bələdiyyəsinə və Şabran rayon Notariat Kontoruna qarşı qaldırdığı, torpaq sahələrinin alqı-satqısı ilə bağlı əqdin etibarsız hesab olunmasına dair iddiadan gedirdi. Ali Məhkəmə aşağı instansiyaların mövqeyini qüvvədə saxlayaraq iddianın təmin olunmaması barədə qərar qəbul edib.

"TurAz"ın əsl sahibi kimdir?

"TurAz" MMC vaxtilə Mansur İbrahimovun tərəfindən yaradılıb, Şabran rayonundakı meyvə bağlarının idarə olunması üçün təsis edilib və bütün fəaliyyətini həmin ərazilərdə qurub. Sahibkar deyir ki, Ramiz Mehdiyev vəzifədə olduğu dövrdə onun kürəkəni İlham Əliyev şirkəti və bağları qanunsuz şəkildə ələ keçirib. Sonrakı illərdə məhkəmələrdə şirkətin Mansur İbrahimova məxsusluğu təsdiqlənsə də, həmin qərarların icrası müxtəlif hüquqi maneələr səbəbindən həyata keçirilməyib.

Mansur İbrahimov uzun müddətdir ki, İlham Əliyevin eyni mahiyyətli iddialarla məhkəmələrə müraciət etməklə prosesi qəsdən uzatdığını bildirirdi. Musavat.com-a əvvəlki açıqlamalarında o demişdi:

"Əgər Ramiz Mehdiyevin kürəkəni İlhamın verdiyi vəsatətlər parçadan olsaydı, çoxdan sürtülüb əldən çıxardı".

Onun sözlərinə görə, eyni iddialar müxtəlif formalarda dəfələrlə qaldırılır, nəticədə bağların faktiki olaraq sahibi olaraq ona qaytarılması illərlə yubadılır. Mansur İbrahimov Ramiz Mehdiyevin kürəkəni məhkəməyə müraciət hüququndan sui-istifadə olunur və hər yeni iddia ən azı bir il vaxt itkisinə səbəb olur.

Mehdiyevin kürəkəni məhkəmələri illərlə uzatmaqla "TurAz" MMC-nin bağlarından meyvələri yığır, hər il məhsullar xarici ölkələrə ixrac edilir və böyük gəlirlər əldə olunur. Onun sözlərinə görə, həmin gəlirlərin ölkəyə qaytarılması ilə bağlı ciddi suallar mövcuddur: "Əgər hər il ziyan çəkirlərsə, xaricə apardıqları məhsul çürüyürsə, onda bağlara niyə bu qədər vəsait xərclənir? Faktiki olaraq bağlardan il ərzində 10 milyon manatdan artıq gəlir əldə olunur".

Bu iddiaların araşdırılması üçün o, hüquq-mühafizə orqanlarına müraciət etdiyini də açıqlamışdı.

İllərlə davam edən hüquqi mübarizə ərzində Mansur İbrahimov müxtəlif dövlət qurumlarına müraciətlər edib. Onun sözlərinə görə, sonuncu müraciətlərdən biri Prezident Administrasiyasının Qəbul şöbəsində olub. Sahibkar burada Prezidentin köməkçisi Fuad Ələsgərovla görüşərək uzun illər davam edən mübahisə və məhkəmə qərarlarının icra edilməməsi barədə məlumat verib. Həmin görüşdən sonra Ali Məhkəmənin bu qərarının verilməsi diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.

Ali Məhkəmənin qərarı İlham Əliyevin növbəti iddiasının da təmin edilməməsi ilə nəticələnsə də, Mansur İbrahimovun əsas tələbi dəyişməz qalır. O, məhkəmə qərarlarının tam icrasını, bağların və şirkətlərinin faktiki olaraq özünə qaytarılmasını istəyir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
13 августа 2026
Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 Fransada yanğınsöndürənlər ayağa qalxır – Ümummilli səfərbərlik elan olundu 21:56 Объявлено последнее число погибших в результате землетрясения в Колумбии 01:21 Rusiyanın HHM raketi Qara dənizə düşdü - VİDEO 21:23 İngiltərədə sərnişin qatarı relsdən çıxdı 21:16 Yaxın Şərqdəki ABŞ gəmisində nə baş verir? – Senator cavab tələb etdi, nazir danışdı 21:05 Hörmüz boğazında "asan hədəf" - ABŞ PUA-larının 25%-ni itirdi 20:51 Yaponiyada dəhşətli leysan! - VİDEO 20:37 İllərdir davam edən "TurAz" davası.. - Ramiz Mehdiyevin kürəkəninin iddiası rədd edildi! 20:28 "Ulduz" metro stansiyasının qarşısındakı yolda tikinti işləri davam etdirilir 20:20 Kəlbəcərdə mina PARTLADI, xəsarət alan var 19:57 Gürcüstan-Rusiya sərhədində həyəcan siqnalı - Gömrük məntəqəsi boşaldıldı 19:53 Husilərdən Səudiyyəyə növbəti zərbə: "Saudi Aramco" PUA ilə vuruldu 19:41 Avropanın əsas sursat zavodlarından birində PARTLAYIŞ - VİDEO 19:25 İran və ABŞ qapalı qapılar arxasında danışır – Pakistan rəsmisi BƏYAN ETDİ 19:13 "Qarabağ" və "Dinamo"nun start heyətləri bəlli oldu! 19:05 ABŞ köməyi kəsdi, Avropa isə artırdı - Kiyevə milyardlarla avroluq paket 18:49 AQTA-dan bitki yağı idxalçılarına XƏBƏRDARLIQ! 18:36 Üç ölkənin hərbi ittifaqı kimə qarşıdır? – Pakistan səfirindən bəyanat 18:31 Все новости