Avropanın əsas sursat zavodlarından birində PARTLAYIŞ - VİDEO
Roma yaxınlığında orta və iri çaplı döyüş sursatları istehsal edən müəssisədə partlayış baş verib.
TodayPress TV xəbər verir ki, söhbət Fransa-Almaniya KNDS qrupuna daxil olan "KNDS Ammo Italy" şirkətinə məxsus keçmiş "Sammel Difesa" zavodundan gedir.
Hadisə yerində bir neçə yanğınsöndürmə briqadası işləyir, yanğının söndürülməsi hələlik çətinləşib.
İlkin məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı ərazilərə yayılmasının qarşısını almağa çalışırlar.
Yanğının səbəbləri isə hələlik məlum deyil.
"Sky TG-24" telekanalının məlumatına görə, KNDS qrupu Avropanın Ukraynaya hərbi dəstəyi çərçivəsində artilleriya və döyüş sursatlarının tədarükü sahəsində aparıcı müəssisələrdən biridir. Şirkətin saytında bildirilir ki, "KNDS Ammo Italy" zavodu Avropanın quru müdafiəsi, o cümlədən pilotlu və pilotsuz sistemlər üçün döyüş sursatlarının istehsalı üzrə ixtisaslaşıb.
Aysel Mətləb