Gürcüstan-Rusiya sərhədində həyəcan siqnalı - Gömrük məntəqəsi boşaldıldı
Gürcüstanın Rusiya ilə sərhədi yaxınlığında, Kazbeqi bələdiyyəsinin Dariali dərəsində yerləşən Devdoraki ərazisində siqnalizasiya sistemi işə düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlir Xidməti məlumat yayıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə gömrük məntəqəsinin əməkdaşları, Daxili İşlər Nazirliyinin Patrul və Sərhəd Polisi əməkdaşları, müxtəlif şirkətlərin işçiləri, həmçinin yük və minik avtomobilləri, onların sürücüləri və sərnişinləri təhlükəsiz əraziyə təxliyə edilib.
"Kazbeqi" gömrük-keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb.
Hazırda Devdoraki dərəsində vəziyyət sabitləşib, "Dariali" sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.