Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir

Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir
04.08.2026 15:26

Ağaclarla əhatə olunmuş küçələrdə yaşayan insanlar orta hesabla daha uzun yatır və yuxusuzluqdan daha az əziyyət çəkirlər.

TodayPress TV xəbər verir ki, bu barədə "Building and Environment" jurnalında dərc olunan yeni araşdırmada məlumat yer alıb.

Tədqiqat çərçivəsində alimlər süni intellekt vasitəsilə 200 mindən çox "Google Street View" şəklini analiz edərək küçələrdəki ağacların, bina sıxlığının, səkilərin, yolların və digər şəhər elementlərinin sayını qiymətləndiriblər. Daha sonra bu məlumatlar Tokioda çoxmənzilli binaların aşağı mərtəbələrində yaşayan 1089 işləyən şəxsin yuxu göstəriciləri ilə müqayisə edilib.

Nəticələrə əsasən, yaşıllıq səviyyəsi yüksək olan küçələrdə yaşayan iştirakçılar daha uzun yatdıqlarını bildiriblər. Eyni zamanda, sıx məskunlaşmış ərazilərdə yaşayanlarda da yuxusuzluq əlamətlərinin daha az müşahidə olunduğu müəyyən edilib. Tədqiqat müəllifləri bunu binaların insanlarda təhlükəsizlik və rahatlıq hissi yaratması ilə əlaqələndirirlər.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri isə inkişaf etmiş piyada infrastrukturuna malik küçələrin daha qısa yuxu və təhlükəsizlik hissinin azalması ilə əlaqələndirilməsi olub. Alimlərin fikrincə, belə ərazilər adətən daha səs-küylü, hərəkətli və izdihamlı olur ki, bu da yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 августа 2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlandı 17:30 724 milyon dollarlıq karyera qazancı: Yokiç rekord qırır! 17:43 Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq... 16:59 Т-72: Самый долговечный образец советской бронетехники 17:12 Причастно ли правительство Марокко к миграционному кризису в Сеуте? — Испания проводит расследование 17:27 Yannik Sinner təcili tibbi müayinədən keçirilir! 17:20 Пожар в многоэтажном доме: спасены 16 человек 17:18 Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə! 17:16 İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı! 17:03 Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Неожиданный трансфер! Перес раскрыл секрет «Ред Булл» 15:55 Нетаньяху поднимает армию на ноги — кто под прицелом: Иран, Ливан, Газа или Сирия? 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 В Италии после землетрясения остановлено движение поездов 15:32 Elvin Yunuszadə karyerasında yeni səhifə açdı! 15:34 Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Забытый памятник древнего Иревана: как изменилась история мечети Раджаб-паши? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Оставалось совсем немного до удара по Украине — ВЫСКАЗАЛСЯ ИРАНСКИЙ ГЕНЕРАЛ 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Все новости