Sevgililər Günü "qiymət marafonu” – Bakı, Sumqayıt və Abşeronda Tariflər

Sevgililər Günü "qiymət marafonu” – Bakı, Sumqayıt və Abşeronda Tariflər
11.02.2026 17:44

2026-cı il 14 Fevral – Sevgililər Günü münasibətilə Bakı restoranlarında romantik axşam üçün tətbiq olunan qiymətlər əvvəlki illərlə müqayisədə xeyli artıb. Bir çox məşhur məkan özəl menyular, əyləncə proqramları və yüksək depozitlərlə diqqət çəkir.

TodayPress TV restoranların qiymətlərini araşdırıb:

Belə ki, “Prive Steak Gallery” restoranında bir nəfər üçün depozit 150 AZN təşkil edir (menyudan seçim üçün istifadə olunur).


“Societe Baku” və "Tava Da"da isə 2 nəfərlik menyu cəmi 150 manatdır. "The Gallery Baku" adambaşına 100 manata (masa bəzədilməsi hədiyyə)  menyu təqdim edir. “La quzu” restoranında depozit məbləği 77 AZN-dir. 


Bəzi məkanlarda yerləşmənin tipinə və menyuya görə qiymətlər olduqca yüksək səviyyədədir:

"Ruby360”da pəncərə kənarı masa 1 nəfər üçün 250 AZN, cütlük üçün isə 500 AZN, “Zeyd” restoranında milli mətbəx menyusu 1 nəfər üçün 175 AZN, cütlük üçün isə 350 - 400 AZN civarındadır. 


Lüks variantlarla da əhatə olunan bu bayram axşamı üçün məsələn, "Hilton Bakı" otelindəki “360 Bar”da xüsusi Sevgililər Günü proqramının qiyməti adambaşı təxminən 440 AZN, yəni iki nəfər üçün ümumilikdə 880 AZN civarındadır. 

Sumqayıt şəhəri və Abşeron rayonunda yaşayanlar üçün isə menyular belədir:

  • "Poseidon" - 1 nəfər 65-100 AZN arası;
  • "Parkstreet" - 2 nəfər 80 manat;
  • "Amore Novxanı" - 1 nəfər 50 manat + 10 % servis haqqı;
  • "La Chateau" - 2 nəfər 150 manat;
  • "Gənclik City" - 2,4,6 nəfərlik masalarda 1 nəfər 20 manat;
  • "Turan" - 2 nəfər 60 AZN (menyu daxil) təşkil edir.

Restoranların 14 Fevral üçün depozitlərin miqdarını əhəmiyyətli dərəcədə artırması insanlar arasında narahatlıq doğurur. Bunlarla yanaşı məkanlar 10% depozit tələb edir.

Qeyd edək ki, artım restoranla kifayətlənmir. Sevgililər gününə məxsus hədiyyələrdə də adi günlərə nisbətən xeyli bahalaşma qeydə alınıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 Bütün Xəbərlər