“.az” domeni olanların nəzərinə: Saytınıza xitam verilə bilər!

“.az” domeni olanların nəzərinə: Saytınıza xitam verilə bilər!
24.06.2026 13:40 İKT

Azərbaycanda “.az” domen zonasında fəaliyyət göstərən internet resurslarının sahibləri Milli CERT-in kibertəhlükəsizliklə bağlı göstərişlərini yerinə yetirmədikdə onların domen qeydiyyatına xitam verilə və ya texniki xidməti dayandırıla bilər.

TodayPress TV anews.az-a istinadən xəbər verir ki, bu müddəa Milli Məclisin İnsan hüquqları komitəsinin çərşənbə axşamı keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, informasiya infrastrukturu subyektləri kibertəhlükəsizliyi təmin etmək məqsədilə informasiya sistemlərində zəifliklərin, boşluqların və digər uyğunsuzluqların aşkar olunması üçün risk qiymətləndirmələri aparmalı, təhlükəsizlik auditləri keçirməli və aşkar edilən problemlərin aradan qaldırılması üçün tədbirlər görməlidirlər.

Sənədə görə, informasiya infrastrukturu subyektlərinin müraciəti əsasında kibertəhlükəsizlik və proaktiv kibertəhlükəsizlik tədqiqatları üzrə xidmətlər Milli CERT tərəfindən ödənişli əsaslarla göstəriləcək. Xidmət haqqı tərəflər arasında bağlanacaq müqavilə əsasında müəyyən ediləcək.

Qanun layihəsində qeyd olunur ki, “gov.az” domenləri istisna olmaqla, “.az” ölkə kodlu yüksək səviyyəli domen zonasında yerləşən internet informasiya ehtiyatlarının sahibləri Milli CERT-in kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı göstərişlərini icra etmədikdə, bu, domen qeydiyyatının ləğvi və ya texniki xidmətin dayandırılması üçün əsas hesab olunacaq.

Bu halda Milli CERT domen qeydiyyatını həyata keçirən qurumdan domenin qeydiyyatına xitam verilməsini və ya ona texniki xidmətin dayandırılmasını tələb edə biləcək. Zəruri hallarda bu tələb məhkəmə qaydasında da irəli sürülə bilər.

Maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlərə münasibətdə isə Milli CERT müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edə biləcək.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Rəsmi Bakı: Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik 18:04 Prezident Məhəmməd Baqer Qalibafı qəbul etdi 17:53 Daun sindromu haqqında qısa bələdçi: Əlamətlər və tibbi yanaşma 16:36 DÇ-2026-da III tura start verilir 17:46 "Azəricard" kart hesablarındakı problemlə bağlı açıqlama yaydı 17:34 "Neftçi" Endryu Qravilyonun transferini açıqladı 17:22 Azərbaycanda həbs edilən Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verildi 17:07 Az qala diri-diri yanırdı: Fırıldaqçılar qadına ağlasığmaz əməl etdirdi - VİDEO 16:58 Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşdü 16:48 Kardiomeqaliya nədir? Ürəyin böyüməsinin səbəbləri və idarə olunması 16:44 AccessBank müştərilərinə xəbərdarlıq etdi - Kartlarda balansın mənfi olmasının səbəbi nədir? 16:40 Daha sağlam və parlaq dəri üçün gündəlik qulluq vərdişləri 16:30 “M10”la əməkdaşlıq bitəndən sonra ABB müştərilərinin pulları niyə yoxa çıxdı? 16:30 Yaşlı əhalinin regionlar üzrə paylanması açıqlandı 16:30 Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapıldı 16:15 Pakistanın Azərbaycandakı səfirliyi bu tarixlərdə işləməyəcək 15:53 Azərbaycanlı ABŞ-nin hərbi attaşesi təyin edildi – FOTO 15:48 ABB hesablarında problem: Kartlardan əlavə vəsaitlər silinir 15:34 Zelenski Putinlə danışıqları TƏLƏB edir, təklif etmir 15:27 Qolu Amerikada atır, "time out"u Kanadada keçirir — İranın başına gələn müsibətlər 15:22 Müasir gənclər niyə əvvəlki nəsildən 2 dəfə cavan görünür? SİRR AÇILDI 15:16 Ərdoğan ifşa etdi: Türklər, kürdlər, ərəblər və farslar hədəfdə imiş! 15:02 Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu 15:04 Prezident Numan Kurtulmuşu qəbul etdi 14:49 Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da 14:31 Bütün Xəbərlər