Azərbaycanda internet kəsildi: Rusiyanın növbəti həmləsi ola bilərmi?

Azərbaycanda internet kəsildi: Rusiyanın növbəti həmləsi ola bilərmi?
22.08.2025 12:37 İKT

"Delta Telekom"a qarşı baş vermiş DDoS hücumunda Rusiya izləri ola bilər”. 

TodayPress TV xəbər verir ki, bunu rəqəmsal texnologiyalar üzrə ekspert Osman Gündüz bildirib. 

Onun sözlərinə görə, bu hücum ölkənin internet infrastrukturunda qısa müddətlik ciddi problemlərə səbəb olub, lakin alternativ “backbone” operatorların mövcudluğu sayəsində xidmətlərin bərpası nisbətən sürətli şəkildə həyata keçirilib.

Ekspert əlavə edib ki, ölkənin əsas internet magistral provayderlərindən birinə qarşı yönəlmiş kiberhücumun arxasında kimin dayandığı sualı hələ açıq olaraq qalır. Lakin mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, hücumun mənbəyinin Rusiyadan olması ehtimalı istisna edilmir:

“Bakı ilə Moskva arasında son dövrlərdə müşahidə olunan münasibətlərin gərginləşməsi bu ehtimalı daha real edir. Rusiya, ümumiyyətlə, dövlətlərarası münasibətlərdə kiberhücum alətindən tez-tez istifadə edən ölkələr sırasındadır. Eyni zamanda, Azərbaycanın beynəlxalq internet trafiki hələ də böyük ölçüdə Rusiya üzərindən təmin olunur ki, bu da ölkəmiz üçün ciddi risklər yaradır”.

Ekspert əlavə edib ki, bu cür hadisələr ölkənin rəqəmsal suverenliyi və informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Onun fikrincə, bu yalnız daxili təhlükəsizlik tədbirləri ilə deyil, həm də xarici asılılıqların azaldılması ilə mümkün ola bilər. Buna görə də internet sektorunda alternativlərin mövcudluğu və diversifikasiya kritik əhəmiyyət daşıyır:

“Kommunikasiyalar alternativliyi sevir. Transxəzər fiber-optik layihəsi kimi alternativ marşrutların sürətləndirilməsi, regionlar üzrə şaxələndirilmiş internet çıxış imkanlarının yaradılması və müstəqil trafik kanallarının formalaşdırılması ölkənin informasiya təhlükəsizliyinin əsas şərtlərindəndir”.

O.Gündüzün qənaətincə, bu son hücum hadisəsi Azərbaycanın kiberdayanıqlığının artırılması və rəqəmsal təhlükəsizlik strategiyasının yenilənməsi baxımından ciddi siqnaldır.

Qeyd edək ki, avqustun 21-də ölkə üzrə internetdə qısa müddətli problemlər yaşanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu problemlərin ölkənin əsas internet magistral operatorlarından biri olan “Delta Telekom”a qarşı həyata keçirilən DDoS tipli kiberhücum nəticəsində baş verdiyini açıqlayıb. 

Nazirlik bildirib ki, hücum zamanı trafik dərhal digər “backbone” operatorlara – "Azertelecom" və "Aztelecom" şəbəkələrinə yönləndirilib və internet xidmətlərinin davamlılığı təmin olunub.

Töhfə Səməd

XƏBƏR LENTİ
30 IYUL 2026
Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Bütün Xəbərlər