Sülhə aparan iqtisadi körpü - "Yeni tranzit marşrutu regionda iqtisadi əlaqələri canlandıracaq"

Sülhə aparan iqtisadi körpü - "Yeni tranzit marşrutu regionda iqtisadi əlaqələri canlandıracaq"
12.11.2025 18:01

Ötən həftə Qazaxıstan taxılının Azərbaycan vasitəsilə Ermənistana daşınmasına başlanılıb. 6 noyabr 2025-ci ildə 30 ildən sonra ilk dəfə olaraq Azərbaycan ərazisindən keçirilən 1000 ton Qazaxıstan taxılı Ermənistana çatdırılıb. Bununla yanaşı, Rusiyadan göndərilən taxıl da Azərbaycan üzərindən Ermənistana tranzit qaydada daşınıb.

Prezident İlham Əliyev Azərbaycandan Ermənistana taxıl daşınmasına icazə verildiyini bəyan edib. Dövlət başçısı qeyd edib ki, yeni tranzit razılaşması regionda sülhün möhkəmlənməsinə və iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir.  

İqtisadçı Eldəniz Əmirov məsələ ilə bağlı TodayPress TV-yə bildirib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, yeni tranzit razılaşmaları regionda sülhün möhkəmlənməsində mühüm rol oynayacaq.


Onun sözlərinə görə, ölkələr arasında uzunmüddətli sabitliyin və davamlı münasibətlərin əsasını məhz iqtisadi əlaqələr təşkil edir:

"Tranzit əlaqələri də bu iqtisadi münasibətlərin mühüm hissəsidir. Yaxın gələcəkdə Azərbaycan yalnız tranzit ölkə kimi deyil, həm də birbaşa ikitərəfli ticarət münasibətləri formatında Ermənistanla iqtisadi əlaqələri gücləndirəcək. Bu, artıq qaçılmaz bir prosesdir".

İqtisadçı vurğulayıb ki, Azərbaycanın ixracında Ermənistanın payı müəyyən səviyyədə olacaq və bu sahədə əsas yeri enerji resursları tutacaq:

"Ermənistan isə Azərbaycana daha çox emal və istehsal məhsulları, həmçinin tikinti xammalı göndərə bilər. Ümumilikdə, qeyri-neft sektoru üzrə Ermənistanın Azərbaycan bazarına daha çox məhsul ixrac etməsi ehtimal olunur", - deyə Eldəniz Əmirov fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Məşhur mağazada "qeyri-adi" hadisə - başına adam düşdü 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Москва под ударом: украинские дроны атаковали столицу — ВИДЕО 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Все новости