Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir

Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
19.09.2025 15:50 Hərbi

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, sentyabrın 19-da Azərbaycan Ordusunda vətənpərvərlik nümunələrinin təbliği, şəxsi heyət arasında mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. 

TodayPress TV xəbər verir ki, silsilə tədbirlər zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  

Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə və antiterror əməliyyatına həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib.

Mərasimlərdə çıxış edənlər 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatını Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya adlandıraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qürur hissi ilə qeyd ediblər.

Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun keçirdiyi uğurlu antiterror əməliyyatının tarixi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi ilə konstitusiya quruluşunun və dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması xüsusi vurğulanıb.

TodayPress TV

FOTOLAR

Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir — 1
Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir — 2
Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir — 3
Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir — 4
Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir — 5
Antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir — 6
XƏBƏR LENTİ
31 IYUL 2026
Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Bütün Xəbərlər