Zelenski Lukaşenkonu necə qorxutdusa, hər şeyi atıb Putinin yanına qaçır

Zelenski Lukaşenkonu necə qorxutdusa, hər şeyi atıb Putinin yanına qaçır
25.06.2026 14:40

Ukrayna Prezidenti Volodimir Zelenskinin sərt xəbərdarlığından sonra, iyunun 22-dən etibarən Belarusda ruslara Ukraynadakı hədəflərə "Şahid" aparatlarını yönəltməyə kömək edən retranslyatorların fəaliyyəti tamamilə dayandırılıb. 


Maraqlıdır, Zelenskinin sərt ultimatumunun arxasında hansı real hərbi-texniki rıçaqlar dayanırdı?

Mövzu ilə bağlı politoloq Əli Mustafa TodayPress TV- yə danışıb.

Analitik bildirib ki, Ukrayna bu tələbində haqlı idi: "Həqiqətən də belə qurğuların mövcudluğu və onların köməyi ilə Rusiya dronlarının Ukrayna ərazilərinə hücum etməsi barədə etibarlı məlumatlar var idi. Belarus tərəfi artıq bu retranslyatorların fəaliyyətini dayandırıb. Düzdür, Ukrayna bildirir ki, onların tamamilə sökülüb-sökülmədiyini dəqiq bilmirik, lakin onlar artıq fəaliyyət göstərmir".


Ekspert düşünür ki,  Ukrayna haqlı idi və Belarus da bunu nəzərə aldı: "Əks halda başa düşülürdü ki, ən azı həmin qurğular Ukraynanın legitim hədəfinə çevrilə bilər. Ukraynanın artıq buna kifayət qədər gücü var". 

Politoloq nəzərə çatdırıb ki, Belarus nisbətən kiçik dövlətdir və  təxminən 10 milyona yaxın əhalisi var, Belarusun Ukrayna ilə müharibə aparması real görünmür: "Hər halda, bu nə Belarusa, nə də Lukaşenkoya lazımdır. Üstəlik, bu gün Belarusun özündə də kifayət qədər problemlər mövcuddur. Belə bir şəraitdə Rusiyanın müharibəsinə qoşulmaq Belarusun maraqlarına uyğun deyil". 


O, bununla yanaşı qeyd edib ki, Ukraynanın hərbi gücü kifayət qədərdir: "Əgər Ukrayna dronları Moskvanı davamlı şəkildə vurursa, Rusiyanın hərbi-sənaye kompleksinə və neftayırma zavodlarına uğurlu zərbələr endirirsə, eyni şəkildə Belarus ərazisində fəaliyyət göstərən bu qurğuları da hədəfə ala bilərdi. Görünür, Belarus bunu nəzərə aldı və qarşıdurmaya getmədi". 

Politoloq hesab edir ki, hazırkı şəraitdə Ukraynaya Belarusla birbaşa müharibəyə girmək də lazım deyil: "Cəbhəni genişləndirmək, xüsusilə də şimal sərhədi istiqamətində əlavə risklər yaratmaq məqsədəuyğun deyil. Lakin qeyd etdiyim kimi, Ukrayna ən azı özünə qarşı istifadə olunan həmin qurğuları dronlarla məhv edə bilərdi". 

Əli Mustafa vurğulayıb ki, Ukraynanın kifayət qədər uğurlu yeni silah sistemləri də var: "Kiyevin həm raketləri, həm də digər müasir silahları mövcuddur. Bununla belə, Belarusla müharibə aparmaq Ukraynanın maraqlarına uyğun deyil. Buna görə də o, ultimatum verdi və ultimatumun tələbləri yerinə yetirildikdən sonra məsələ faktiki olaraq bağlandı". 

Analitik, Rusiyanın gələcəkdə Belarusu hansısa formada müharibəyə cəlb etməyə çalışacağını da istisna etməyib: "Əgər belə bir vəziyyət yaranarsa, Ukraynanın nəyə qadir olduğunu daha aydın şəkildə görəcəyik".

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko,  iyunun 23-də verdiyi bəyanatda yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını və qarşıda onu uzunmüddətli xarici səfərin gözlədiyini bildirib. Hazırda bu görüşə və səfərə hazırlıq gedir.

Jalə Rövşən 

ЛЕНТА НОВОСТЕЙ
18 августа 2026
Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Rusiya NATO-nun qapısına qədər gəlib - Peykdən görüntülər 21:10 Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 Pentaqon çarəsiz qaldı - Hörmüzdə plan tapa bilmir 20:33 Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi 20:20 Все новости