Overçukdan AÇIQ MESAJ: Ermənistanı “Titanik” kimi...

Overçukdan AÇIQ MESAJ: Ermənistanı “Titanik” kimi...
06.02.2026 17:50

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa Birliyinə inteqrasiya niyyətinə sərt reaksiya verib.   


O bildirib ki, Avropa İttifaqı (Aİ) getdikcə Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi birliyə çevrilir və Ermənistan bu seçimin nəticələrini ciddi şəkildə dəyərləndirməlidir:

“Ermənilər bu gün Rusiya Federasiyasına qarşı çox aqressiv olan hərbi-siyasi birliyə qoşulmağa hazırdırlarmı? Bəlkə də ermənilər də özlərinə bu sualı verməli olacaqlar. Hər halda dəfələrlə deyilib ki, bu və ya digər inteqrasiya birliyinin lehinə seçim həmişə erməni xalqının seçimidir", - deyə Baş nazirin müavini vurğulayıb.

Bəs Ermənistanda növbəti parlament seçkiləri və mümkün referendum ərəfəsində Kremlin bu cür xəbərdarlıqları hansı təhlükəli ssenarilərin anonsu sayıla bilər?

Siyasi məsələlər üzrə ekspert Şəhla Cəlilzadə Ermənistanın son illərdə atdığı addımları TodayPress TV-yə şərh edərkən bildirib ki, Nikol Paşinyan hakimiyyətə məhz Ermənistanın xarici siyasət kursunda siyasi reorientasiyanı həyata keçirmək üçün gətirilmişdi və Qarabağ müharibəsindəki məğlubiyyət bu prosesi sürətləndirən əsas faktor oldu: 

 

“Paşinyan Rusiyanı Ermənistanı müdafiə etməməkdə açıq şəkildə ittiham etdikdən sonra ilk addım kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı de-fakto dondurdu. 2025-ci ilin yanvarında ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, Ermənistanın Aİ-yə inteqrasiya məsələsinin parlamentin gündəminə çıxarılması və üzvlük prosesinin başladılmasına dair qanunun qəbul edilməsi bu kursun ardıcıl şəkildə davam etdiyini göstərir”.

Ekspertin sözlərinə görə, 2018-ci il “məxməri inqilab”dan sonra Ermənistan qərbyönümlü siyasətini açıq ifadə etməyə çəkinirdi, lakin 2022-ci ildən sonra bu yanaşma tam dəyişib: 

“Ötən ilin sonunda Aİ ilə Ermənistan arasında Strateji Gündəliyin, Almaniya ilə isə Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması onu göstərir ki, Ermənistan artıq Qərbyönlü siyasətini gizlətmir. Lakin bu proses paralel olaraq Rusiyadan açıq təhdidlərin səslənməsi ilə müşayiət olunmağa başladı”.

Şəhla Cəlilzadə xatırladıb ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın “Titanik kimi batırıla biləcəyi” ilə bağlı açıqlaması bu təhdidlərin açıq nümunəsidir:

“İndiyədək Rusiya postsovet ölkələrinin Aİ-yə üzvlük niyyətini NATO qədər təhlükəli hesab etmirdi. Ancaq bu gün vəziyyət dəyişir. Xüsusilə ABŞ Prezidenti Donald Trampın təzyiqləri fonunda Aİ-nin hərbi gücünü artırması və vahid Avropa Ordusu ideyasının müzakirəyə çıxarılması Moskvanın yanaşmasını sərtləşdirir”.

Analitikin fikrincə, Aİ-nin hərbi-siyasi təşkilata çevrilməsi ehtimalı Ermənistan üçün potensial risklər yarada bilər:


“Gürcüstanın 2008-ci ildə, Ukraynanın isə 2014-cü ildən etibarən yaşadıqları hadisələr NATO-ya üzvlük niyyətlərinin nəticəsi idi. Aİ hərbi-siyasi təşkilata çevrilərsə, Ermənistanın Aİ-yə üzvlük istəyi də oxşar ssenarilərə yol aça bilər. Lakin bu, indiki mərhələdə nə real, nə də gözlənilən görünür”.

Şəhla Cəlilzadə vurğulayıb ki, Rusiya hazırda diplomatik ritorikaya üstünlük verir və Ermənistanı tam itirməməyə çalışır:

“Lavrovun Ermənistan parlamentinin spikerinə “həm bizimlə, həm də digər tərəfdaşlarla işləyə bilərsiniz” mesajı verməsi bunu göstərir. Amma eyni zamanda aydındır ki, Ermənistanın paralel şəkildə həm Aİ-də, həm KTMT-də, həm də Avrasiya İqtisadi İttifaqında təmsil olunması mümkün deyil”.

Ekspertin qənaətincə, Paşinyanın xüsusilə seçkiqabağı dövrdə Ermənistanı KTMT-dən və Avrasiya İqtisadi İttifaqından çıxarmaq üçün nə siyasi iradəsi, nə də real gücü var:

“Bu addım Rusiyanın Ermənistandakı hərbi bazalarının, hərbi kontingentinin və strateji iqtisadi təsir mexanizmlərinin itirilməsi deməkdir ki, bu da Moskvanın aqressiv reaksiyasına səbəb ola bilər”.

Sonda Şəhla Cəlilzadə qeyd edib ki, Ermənistan hakimiyyəti bütün bu riskləri anlayır və balanslı siyasət yürütməyə çalışır:

“Bu səbəbdən KTMT-də fəaliyyət de-fakto dayandırılsa da, rəsmi çıxış baş vermir. Eyni zamanda Aİ-yə üzvlük niyyəti bəyan olunsa da, hələlik rəsmi üzvlük müraciəti edilməyib”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Атака беспилотников на Россию: поражены нефтезаводы и крупные логистические центры 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Все новости