Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat

Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat
31.07.2026 08:36

FIFA dünya çempionatı və digər iri turnirlərin kommersiya hüquqlarının bir hissəsinin özəl strukturlara verilməsi ilə bağlı yayılan müzakirələrə rəsmi münasibət bildirib.

TodayPress TV xəbər verir ki, qurum yaydığı bəyanatda mediada yer alan bəzi məlumatların planlaşdırılan məsləhətləşmə prosesinə mənfi təsir göstərdiyini vurğulayıb.

FIFA bildirib ki, FIFA Forward Enterprise (FFE) layihəsi üzv assosiasiyaların futbolun kommersiya imkanlarından daha çox faydalanmasına xidmət edir və bu təşəbbüs nə FIFA-nın idarəetmə prinsiplərinə, nə də futbolun ruhuna ziddir.

Qurum bəyanatda "Heç kim futbolu satmır. FIFA belə bir təklifi heç vaxt nəzərdən keçirməyəcək" ifadəsini işlədərək, bütün 211 üzv assosiasiyanın layihə ilə tanış olmaq və öz mövqeyini sərbəst şəkildə bildirmək hüququna malik olduğunu qeyd edib.

FIFA-nın planına əsasən, turnirlərin kommersiya və əməliyyat fəaliyyəti tam şəkildə FIFA-nın nəzarətində olacaq FFE adlı törəmə quruma həvalə ediləcək. Əldə olunacaq gəlirin isə bütün 211 milli assosiasiya arasında bölüşdürülməsi nəzərdə tutulur ki, bu da ölkələrdə futbolun inkişafına əlavə investisiyalar yatırmağa imkan verəcək.

Bəyanatda vurğulanıb ki, layihə yalnız üzv assosiasiyaların əksəriyyətinin dəstəyi olduğu halda həyata keçiriləcək. Əks halda FIFA-nın kommersiya fəaliyyəti indiki qaydada davam edəcək və FFE yaradılmayacaq.

Xatırladaq ki, daha əvvəl UEFA və KONKAKAF FIFA-nın planlaşdırdığı islahatlara qarşı çıxaraq, dəyişikliklərin təsdiqlənəcəyi təqdirdə turnirləri boykot edə biləcəklərini bəyan etmişdilər.

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerlıri açacaq 09:49 Azərbaycan Prezidenti: İmzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Bütün Xəbərlər