“Bölgədə dəhşətli hadisələr baş verə bilər” – ŞƏRH

“Bölgədə dəhşətli hadisələr baş verə bilər” – ŞƏRH
03.03.2026 20:16

"Mövcud proseslər sülh danışıqlarının nəticəsiz qalması fonunda hərbi eskalasiyanın dərinləşməsi ehtimalını artırır".

Politoloq Elşad Paşasoy bunu TodayPress TV-yə danışarkən bildirib.


Analitik vurğulayıb ki, sülh danışıqlarının növbəti raundundan sonra qəfil geri dönüş və hərbi qərarın verilməsi həm düşündürücüdür, həm də vəziyyətin kifayət qədər gərgin fazaya keçməsi ehtimalını ortaya qoyur. O qeyd edib ki, bu, təkcə İran dövlətinə qarşı deyil, bütövlükdə bölgəni təhdid edən bir müharibədir. 

Onun fikrincə, xüsusilə 12 günlük müharibədən sonra İran silahlanma məsələsinə daha ciddi yanaşmağa başlayıb:

"İranın qısa müddətdə əldə etdiyi ballistik raketlərin sayının rekord həddə çata biləcəyi bildirilib. Eyni zamanda, 12 günlük müharibənin raket istehsalında müəyyən gecikmələrə səbəb olduğu barədə də fikirlər səsləndirilmişdi".


Siyasi şərhçi əlavə edib ki, İran həm Rusiya, həm də Çinlə əldə etdiyi razılaşmalar əsasında yeni silahlar, raketlər və raket kompleksləri almaqda davam edirdi. 

Onun sözlərinə görə, son hərbi əməliyyatlardan əvvəl Suriya, Çin və Rusiya ilə müqavilələr imzalanıb, Çindən hərbi gəmilərin vurulması üçün unikal silahların alınacağı barədə məlumatlar yayılıb.   


Politoloq Rusiya ilə bağlı 500 min avroluq müqavilə barədə də məlumatların yayıldığını xatırladaraq bildirib ki, əməliyyatlar geciksəydi, İran həmin müqavilələr çərçivəsində daha irəli nəticələr əldə edə bilərdi. Lakin indiki situasiyada nə Çin, nə də Rusiyanın İrana hərbi dəstək verməkdə maraqlı görünür. Onun sözlərinə görə, bölgə artıq müharibə alovunun içərisindədir və hətta Hörmüz boğazından yanacağın daşınması istiqamətində təşəbbüslər nəticəsiz qalıb, bəzi hallarda gəmilərin vurulması müşahidə olunub.

"Rusiya rəsmiləri dəfələrlə İrana hərbi təcavüz halında birbaşa dəstək öhdəliklərinin olmadığını bəyan ediblər. Ötən 12 günlük müharibə zamanı Çin və Rusiyanın proseslərə əsasən seyirçi mövqedən yanaşırdılar. Hazırkı situasiyada da bu ölkələr İrana açıq hərbi dəstək vermək niyyətində deyil. Hər iki dövlət daha çox bəyanatlar müstəvisində mövqe sərgiləməyə üstünlük verir və real hərbi müdaxilə ehtimalı zəif görünür", - deyə siyasi analitik qeyd edib.


E. Paşasoy vurğulayıb ki, İran hazırkı hərbi arsenalına arxayındır və hesab edir ki, körfəz ölkələrinin, eləcə də ABŞ-nin bölgədəki ehtiyatları tükənə bilər. 

ABŞ tərəfindən gələn məlumatlara və Lavrovun açıqlamalarına istinad edən politoloq qeyd edib ki, İran sülh danışıqlarından imtina etməklə öz hərbi imkanlarına güvəndiyini nümayiş etdirir. 

Lakin onun fikrincə, hazırkı mərhələdə sülh daha zəruridir və hərbi toqquşmalar çıxış yolu deyil. O hesab edir ki, bu proseslər toqquşan tərəflər üçün fəlakətli nəticələrə gətirib çıxara və bütövlükdə bölgədə daha dəhşətli hadisələrə səbəb ola bilər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Bütün Xəbərlər