İran yenə meydan oxudu: Yeni müharibəyə hazırlıq...

İran yenə meydan oxudu: Yeni müharibəyə hazırlıq...
03.11.2025 16:51

İran ABŞ və İsrailə növbəti dəfə meydan oxuyub. Prezident Məsud Pezeşkian bildirib ki, İran ABŞ və İsrail tərəfindən bombalanmış nüvə obyektlərini yenidən inşa edəcək.


“Alimlərimizin şüurundadır, (ABŞ və İsrail - red.) binaları (nüvə obyektlərini - red.) və zavodları məhv etməklə (Tehrana - red.) problemlər yaratmayacaqlar. Biz bu binaları yenidən inşa edəcəyik və onların imkanları daha böyük olacaq”. 

Pezeşkianın bu çıxışı bir çox ekspertlər tərəfindən “yeni müharibəyə hazırıq” mesajı kimi dəyərləndirilib.  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, İsrailin İrana iyunun 13-də endirdiyi hava zərbələri və ardınca ABŞ-nin nüvə obyektlərinə hücumu Tehranın hərbi potensialına ciddi zərbə vurub:

 

“İsrailin 12 gün davam edən hərbi əməliyyatları nəticəsində İranın həm nüvə, həm də raket proqramları iflic vəziyyətinə düşdü. Bu müddətdə ölkənin tanınmış nüvə alimləri də sıradan çıxarıldı. Tehran üçün bu, qısa müddətli, lakin ağır nəticələr doğuran müharibə oldu. Əldə olunan zərərin bərpası üçün illərlə vaxt və böyük maliyyə resursları tələb olunacaq”. 

Ekspertin sözlərinə görə, beynəlxalq sanksiyalar şəraitində İranın yeni texnologiyalar və avadanlıqlar əldə etməsi də olduqca çətinləşəcək:  


“Bu həm nüvə, həm də raket proqramlarının bərpasını məhdudlaşdıracaq. Üstəlik, İsrail İrandakı hərəkətləri diqqətlə izləyir və lazım gələrsə, yeni zərbələrin endiriləcəyini gizlətmir. Ağ Ev də aydın şəkildə bildirib ki, İran nüvə təhlükəsi yaratmağa çalışarsa, ABŞ öz müttəfiqi ilə koordinasiyalı şəkildə buna imkan verməyəcək”.

Politoloq əlavə edib ki, zərbələr nəticəsində təkcə hərbi deyil, mülki və strateji obyektlər də ciddi zərər görüb:


“Dağıntıların miqyası böyükdür. İranda yaşayış evləri, infrastruktur və enerji obyektləri də hədəf alınıb. Bunun bərpası həm zaman, həm də vəsait baxımından ölkəyə böyük yük gətirəcək”.

Əli Orucovun qənaətincə, ölkənin beynəlxalq təcridi onun iqtisadi imkanlarını da xeyli daraldıb və bu, yaxın gələcəkdə daha kəskin hiss olunacaq:

“Prezident Məsud Pezeşkian praqmatik siyasətçidir və hazırda İranı böhrandan çıxarmağın yollarını axtarır. Lakin mühafizəkar dairələrin və İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dominant rolu fonunda islahatlara nail olmaq, demək olar ki, mümkünsüz görünür. Əgər Tehran region ölkələrinin maraqlarını nəzərə almadan addım atmağa davam etsə, daha da təcrid vəziyyətinə düşəcək. 12 günlük müharibədə heç bir dövlət, hətta Rusiya belə İranı açıq şəkildə dəstəkləmədi”.


Siyasətçi izah edib ki, Tehran üçün əsas nəticə aydındır — ABŞ və İsrailə meydan oxumağın bədəlini artıq ödəyib. İranın nüvə dövləti olmaq və raket proqramlarını inkişaf etdirmək planları reallaşmayacaq. Yeni ssenarilərin təkrarlanmaması üçün Tehran kompromis yolları axtarmağa məcburdur.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 Bütün Xəbərlər