Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir
“Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər birləşdirir”.
TodayPress TV xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.
“Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir, sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu gün ölkəniz təsirli nəticələr nümayiş etdirir, ardıcıl şəkildə genişmiqyaslı islahatlar həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir.
Müasir nailiyyətlər Azərbaycan xalqının Ümummilli Lideri, atanız, hörmətli Heydər Əliyevin qoyduğu möhkəm təmələ söykənir. Siz bu quruculuq yolunu uğurla davam etdirir, ölkənin gələcək inkişafını və onun regional, eləcə də beynəlxalq proseslərdə rolunun daha da möhkəmlənməsini təmin edirsiniz.
Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər birləşdirir. Bu ortaq dəyərlər hər iki xalqın zəngin mədəni irsində də öz əksini tapır. Böyük mütəfəkkir Gəncibir müdrikcəsinə deyirdi: "Qazanılan hər bir dost Tanrının bəxş etdiyi bir nemətdir”, - deyə Qırğızıstan Prezidenti qeyd edib.