NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...
07.07.2026 11:45

"NATO Zirvəsinin 7-8 iyulda Ankarada keçirilməsi təsadüfi deyil. Məncə, zamanlamanın başlıca səbəbinin 256 il yaşı var. Söhbət 1770-ci ilin 7 iyul tarixində baş verən Çeşmə dəniz müharibəsindən gedir".

TodayPress TV Axar.az-a istinadla xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

O bildirib ki, həmin müharibə zamanı Baltik dənizində yerləşən rus hərbi donanması uzun bir yolçuluqdan sonra Aralıq dənizi sahillərində yerləşən Çeşmə limanına gəlmiş və Osmanlı donanması ilə döyüşmüşdü:

“Osmanlı donanması say etibarilə Rus donanmasından çox olmasına baxmayaraq, türk admiralların taktiki və strateji səhvləri nəticəsində ağır məğlubiyyətlə üzləşmişdi. Döyüş nəticəsində türk donanmasının demək olar ki, bütün gəmiləri yandırılmış, 10 mindən artıq Osmanlı dənizçisi şəhid edilmişdi. Rusların itkisi isə xeyli az idi. Bildirildiyinə görə, ruslar bu döyüşdə bir neçə gəmi və 700 dənizçi itirmişdi.

Çeşmə dəniz müharibəsinin nəticələri Osmanlı üçün çox ağır olmuşdur. Bu döyüşdən sonra özünə gələ bilməyən Osmanlı ordusu 1774-cü ildə bağlanan Kiçik Qaynarca müqaviləsinə görə Qara dənizi ruslarla paylaşmaq məcburiyyətində qalmışdır. Bundan əlavə, Kerç boğazı və Krım da həmin anlaşma ilə rusların nəzarətinə keçmişdir. Üstəlik, Osmanlı dövləti Aralıq dənizində rusların donanma saxlamasını da qəbul etmişdir.

Qısası, yüzillər boyu davam edən Rus-Osmanlı müharibələrində məğlubiyyətin əsas səbəbi 256 il əvvəl baş verən Çeşmə dəniz savaşından qaynaqlanıb. Bu gün Ankarada keçirilən NATO zirvəsinin də gündəliyində Rusiya, Krım, Ukrayna, Qara dəniz kimi məsələlər var. Maraqlıdır ki, döyüşlərin əsas qızışdırıcıları da dəyişməyib. O vaxt ingilislər rusların yanında idisə, bu gün mövqe dəyişdirib türklərin yanında yer alıblar.

Dəyişilməyən bir başqa fiqur da var – yunanlar. 1770-ci ildə ruslar Osmanlıya qarşı öz məzhəbdaşları yunanların guya dini haqlarını müdafiə etmək bəhanəsi ilə Aralıq dənizinə gəlmiş və onları da öz tərəflərinə çəkə bilmişdilər. Bu gün isə ABŞ Prezidenti Donald Trampın barmaq silkələməsi nəticəsində Yunanıstan Türkiyə ilə hərbi ittifaqda yer alıbsa da, altdan-altdan İsrailin fitnəsi ilə hərəkət etməyə meyillidirlər. NATO-nun son zirvə görüşündən sonra yenidən qızışacağı gözlənilən Türk-Rus gərginliyi prosesində yunanların hansı istiqamətə yönələcəyi isə bəlli deyil.

Bir sözlə, anqlo-sakslar 256 il əvvəl ruslara uduzdurduqları Osmanlının qisasını Türkiyəyə aldırmaq eşqindədirlər. Bəs bu plan baş tutacaqmı? Böyük ehtimalla, hə”.

Politoloq Ankaranın onu gözləyən təhlükələri – “yunan-İsrail hiyləsini” də gözardı etməməli olduğunu iddia edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 июля 2026
Yardımlıda sakinlərə çağırış: Bunu edənlər təhlükəyə səbəb olur 13:52 Müdafiə naziri bu şəxsləri təltif etdi 13:41 Ukrayna Rusiyanın 8 tankerini vurdu - VİDEO 13:34 "Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz" 13:34 İsrail sığışmır, Türkiyə yerini göstərdi - FOTO 13:24 Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumu artırılır 13:04 Yarımadada yağış, dağlarda duman – İyulun ortasında paytaxtı nə gözləyir? 12:57 Qum Xamenei ilə vidaalaşdı - VİDEO 12:54 Vrotslavda ölüm radiusu... – Hitler dövründən qalan "sürpriz" şəhəri ayağa qaldırdı 12:47 Zelenski Ankaraya gəldi - VİDEO 12:46 Faiq Qarayevin "16 qızıl qızı" bəlli oldu – Bakıdakı böyük döyüşə kimlər çıxır? 12:23 "Kollektiv müdafiə" bəs etmir... – Fidan alyansın hansı "gizli yarasını" faş etdi? 12:19 ABŞ-nin Türkiyəyə ən təhlükəli silahlar verməsi qərarı regionda həyəcan yaratdı 12:03 Гости оказались между похоронами Хаменеи и аятами из Корана 12:00 Сразу после принятия решения относительно Баку – Тбилиси – Джейхан, против Шеварднадзе было организовано покушение 12:08 Вблизи отеля, где остановился Макрон, прогремели взрывы 11:49 NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası... 11:45 Əmlak bazarlarında son vəziyyət - Evlərin qiyməti neçəyədir? 11:38 Rüşvətlə hərbi xidmətdən yayındırma: Cinayət işi açıldı 11:28 Куда ушли миллионы, выделенные "NED" Азербайджану? — Активист опозорил оппозицию, атакующую бранью 11:17 İlham Əliyev: "Trampın Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" 11:20 Suriya Prezidenti 8 təyyarə alacaq 11:12 İlham Əliyev ABŞ senatoru ilə görüşdü: Strateji tərəfdaşlıq və sülh gündəliyi müzakirə olundu 11:12 Bağçalara qəbul başladı: Valideynlər elektron növbə yarada bilər 11:08 "Benfika" Ermənistanda akademiya açır 10:53 Все новости