"Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz"

"Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz"
07.07.2026 13:34

Azərbaycanın tanınmış milyonçularından və xeyriyyəçilərindən olan Yusif ağa Dadaşov XIX əsrin sonu – XX əsrin əvvəllərində əldə etdiyi sərvətin böyük hissəsini xalqın maariflənməsinə və milli-mədəni dəyərlərin qorunmasına sərf etmiş şəxsiyyətlərdən biri kimi xatırlanır.

TodayPress TV xəbər verir ki, onun maliyyə dəstəyi ilə Qori Müəllimlər Seminariyasının azərbaycanlı şöbəsi, "Qız məktəbi", Bakı–Batum neft kəməri və Bakı Dumasının binası kimi mühüm layihələrə töhfələr verildiyi bildirilir. 

Dadaşovun həmçinin Maksim Qorkinin, Dmitri Mendeleyevin və neft geoloqu İvan Qubkinin Bakıya səfərlərinin maliyyələşdirilməsində iştirak etdiyi qeyd olunur.

Xeyriyyəçi Azərbaycanın tarixi-mədəni irsinin qorunmasına da xüsusi önəm verib. Onun təşəbbüsü ilə Bibiheybət məscidi bərpa olunub, həmçinin Buxara əmirinin Moskvada inşa etdirdiyi məscidə qiymətli xalılar və qırxçıraqlı qəndil hədiyyə edilib.

Mənbələrdə qeyd olunur ki, Yusif ağa Dadaşov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması prosesinə və milli hərəkatın inkişafına maddi dəstək göstərib. 1918-ci ilin Mart hadisələri zamanı isə silahlı dəstəsi ilə Bakıda azərbaycanlıların müdafiəsində iştirak edib.

Rəvayət edilən məşhur hadisəyə görə, silah gətirən gəmiləri qarşıladıqdan sonra daşnak dəstəsi ilə üz-üzə gələn Dadaşova təslim olmaq üçün qılıncın altından keçmək əmr edilir. O isə bu sözlərlə cavab verir:

"Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz".

Bildirilir ki, bu cavabdan sonra o işgəncələrlə qətlə yetirilib. Həmçinin qeyd olunur ki, Dadaşov düşməni ləngitməklə silahların əliyalın döyüşən azərbaycanlılara çatmasına şərait yaradıb. Onun məzarının bu günədək müəyyən edilmədiyi bildirilir.

Yusif ağa Dadaşov Azərbaycan tarixində yalnız varlı sahibkar kimi deyil, həm də xeyriyyəçi, vətənpərvər və milli dəyərlərə bağlı şəxsiyyət kimi xatırlanır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUL 2026
Xankəndidəki "Nənə və Baba" abidəsi sökülüb çinar parkı salınsın - Professordan təklif 14:55 Silahlara nəzarəi tək əldə birləşdirir – Milyardlarla dollarlıq layihə... 14:40 Trampın təyyarəsi Ankaraya endi - VİDEO 14:42 ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir? 14:37 Dron firmaları Zelenskinin sifarişi ilə minlərlə PUA istehsalına başladılar 14:24 Ukrayna müharibəsində "Alyaska" dönüşü – Lavrov danışıqların gizli qalan tərəfini açdı 14:15 Bakıda sürücünün səhlənkarlığı qəzaya səbəb oldu - ANBAAN VİDEO 14:09 Makron və Suriya Prezidenti Əməvi Məscidini ziyarət etdilər 13:59 Hörmüzdə Səudiyyə bayrağı altında üzən tanker hədəf alındı 13:56 Yardımlıda sakinlərə çağırış: Bunu edənlər təhlükəyə səbəb olur - VİDEO 13:52 Müdafiə naziri bu şəxsləri təltif etdi 13:41 Ukrayna Rusiyanın 8 tankerini vurdu - VİDEO 13:34 "Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz" 13:34 İsrail sığışmır, Türkiyə yerini göstərdi - FOTO 13:24 Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumu artırılır 13:04 Yarımadada yağış, dağlarda duman – İyulun ortasında paytaxtı nə gözləyir? 12:57 Qum Xamenei ilə vidaalaşdı - VİDEO 12:54 Vrotslavda ölüm radiusu... – Hitler dövründən qalan "sürpriz" şəhəri ayağa qaldırdı 12:47 Zelenski Ankaraya gəldi - VİDEO 12:46 Faiq Qarayevin "16 qızıl qızı" bəlli oldu – Bakıdakı böyük döyüşə kimlər çıxır? 12:23 "Kollektiv müdafiə" bəs etmir... – Fidan alyansın hansı "gizli yarasını" faş etdi? 12:19 ABŞ-nin Türkiyəyə ən təhlükəli silahlar verməsi qərarı regionda həyəcan yaratdı 12:03 Qonaqlar Xameneinin cənazəsi ilə Quran ayələri arasında qaldılar 12:00 Bakı – Tbilisi – Ceyhanla bağlı qərar verilən kimi Şevardnadzeyə sui-qəsd təşkil edildi 12:08 Makronun qaldığı otelin yaxınlığında partlayışlar baş verdi - VİDEO 11:49 Bütün Xəbərlər