İranda Ali Rəhbər nə zaman seçiləcək? – RƏY

İranda Ali Rəhbər nə zaman seçiləcək? – RƏY
04.03.2026 17:52

Londonda fəaliyyət göstərən “Iran International” telekanalı vasitəsilə yayılan və dünyanın bir çox media qurumları tərəfindən tirajlanan xəbərlərə görə, Əli Xameneinin oğlu Müctəba Xameneinin ölkənin yeni ali dini lideri seçildiyi iddia olunur. 


Lakin bu məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib. 

İranın “Tasnim” agentliyi yayımladığı məlumatda bu xəbərləri dolayı yolla təkzib edən açıqlama təqdim edib. Agentliyin məlumatına görə, Ekspertlər Şurasının üzvü Ayətullah Xatəmi bildirib ki, yeni ali liderin seçilməsi prosesi davam edir.  

Rəsmi Tehran hələlik yeni ali dini liderin seçilməsi barədə yekun qərarın elan edildiyini təsdiqləmir.  

Bəzi iddialara görə isə, yeni ali lider artıq seçilib, lakin bu, açıqlanmır.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Sədrəddin Soltan “Iran International”ın yaydığı xəbəri yalan adlandırıb.


Onun sözlərinə görə, İranda Ali Rəhbərin seçilməsi prosesi hələ baş verməyib:  

“Iran International” uzun müddətdir, belə fikirlər yayırdı ki, Əli Xamenei olmadığı halda onu varisi Müctəba Xamenei əvəz edəcək. Bu xəbər də həmin fikirlərin və mülahizələrin nəticəsi kimi təqdim olunub. Bu gün Dini Ekspertlər Şurasının üzvü Ayətullah Seyid Müctəba Hüseyni açıqlama verərək bildirib ki, hələ konkret namizədlər üzərində araşdırma aparılır və yalnız bundan sonra səsverməyə keçiləcək. Bundan başqa, Dini Ekspertlər Şurasının nəzdində qurumun üzvlərindən ibarət 11 nəfərlik komissiya fəaliyyət göstərir və Ali Rəhbərin müəyyənləşdirilməsi məhz bu komissiyanın səlahiyyətinə daxildir”.

Ekspert bildirib ki, İran Konstitusiyasında Ali Rəhbərin seçilməsi ilə bağlı konkret müddət göstərilməyib:  


“Lakin mövcud şəraitdə Ayətullah Əli Rza Ərəfi Ali Rəhbərin səlahiyyətlərini müvəqqəti olaraq icra edir. Müctəba Xamenei isə Ali Rəhbər seçilməyib. Digər tərəfdən, Ali Rəhbər seçilməsi üçün onun bir sıra göstəriciləri də Konstitusiyanın tələblərinə uyğun gəlmir. Belə ki, o, Ayətullah deyil və ölkədəki müxtəlif siyasi cərəyanların lideri kimi tanınmır. Hesab olunur ki, onun bir çox göstəriciləri Ali Rəhbər vəzifəsini tutmağa uyğun deyil. Məhz buna görə də Əlirza Ərəfi müvəqqəti olaraq Ali Rəhbərin səlahiyyətlərini icra edən şəxs kimi müəyyənləşdirilib”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Все новости