İranın hədəfi İsrail deyil, Sünni dünyasına qalib gəlməkdir - Savaşın sirri faş edildi

İranın hədəfi İsrail deyil, Sünni dünyasına qalib gəlməkdir - Savaşın sirri faş edildi
15.04.2026 15:15

"Boğaz və Körfəz bölgəsindəki qonşularına yönəlmiş son raket hücumları İranın regional siyasətində yeni gərginlik mərhələsi kimi qiymətləndirilir". 

TodayPress TV xəbər verir ki, bunu hüquqşünas-tədqiqatçı İlqar Altay deyib. 


O bildirib ki, bu addımlar bəzi analitiklər tərəfindən İranın uzunmüddətli strategiyasının və “ixrac edilən inqilab” ideologiyasının nəticəsi kimi şərh olunur.  

Ekspert sual edib ki, bəs İran rejimi əslində kimi  məğlub etmək istəyirmiş? Ayətullah Xomeyni və Ayətullah Xameneinin İsrailə münasibətində əsas ideoloji motivlər nədən ibarət idi? Sünni Fələstin qaçqınları ilə şiə qrupları arasındakı əlaqələr hansı siyasi və ideoloji çərçivədə formalaşmışdı? İranın inqilabdan sonrakı dövrdə Qüds məsələsinə xüsusi diqqət yetirməsi hansı strateji məqsədlərə xidmət edirdi?

İlqar Altay bildirib ki, bu regiondakı siyasətlər və “ixrac edilən inqilab” ideyası İran üçün ciddi siyasi, iqtisadi və hərbi xərclərə səbəb olub və nəticədə bəzi təhlillərə görə, rejimin regional strategiyası ciddi çağırışlarla üzləşib. 

Analitik bu siyasətin əsas məqsədinə və bundan hansı fayda gözlənildiyinə aydınlıq gətirib:

"Bəzi baxışlara görə, SEPAH və İranın siyasi-ideoloji rəhbərliyi bu siyasət vasitəsilə regional nüfuzunu artırmağa, xüsusilə də İslam dünyasında ideoloji təsir gücünü genişləndirməyə çalışmışdır. Qüds məsələsi də bu daha geniş geosiyasi və ideoloji rəqabətin bir hissəsi kimi qiymətləndirilir”.

"Bu yanaşmaya əsasən, məqsəd sünni və şiə dünyaları arasında üstünlük mübarizəsi deyil, daha çox regional liderlik və siyasi-ideoloji təsir uğrunda rəqabət kimi izah olunur",- İlqar Altay əlavə edib.

Onun sözlərinə görə, son dövrlərdə region ölkələri arasında artan hərbi və siyasi əməkdaşlıq da bu gərginliklərin fonunda yeni təhlükəsizlik arxitekturasının formalaşdığını göstərir.

O, vurğulayıb ki, nəticə etibarilə, SEPAH (və əlbəttə, ayətullalar) bununla sünnilərin rəqabət zəifliyini, onların əhəmiyyətsizliyini və şiələrin onlar üzərində qələbəsini nümayiş etdirmək üçün Qüdsü ələ keçirməyi xəyal edirdilər. Nəyi sübut etmək üçün? Məhz,  sünni üzərində şiə üstünlüyünü.   

İ. Altay xatırladıb ki, daha əvvəl İslamabadda keçirilən və Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin iştirakı ilə baş tutan görüşü regionda yeni təhlükəsizlik koordinasiyası kimi qiymətləndirir:  

"Bu görüşün isə məqsədi müxtəlif tərəflər tərəfindən fərqli şəkildə izah olunsa da, ümumilikdə regional balansın dəyişməsi kontekstində dəyərləndirilir".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər