İsraildən AÇIQ TƏHDİD: "İrandan sonra sıra sizdədir!"

İsraildən AÇIQ TƏHDİD: "İrandan sonra sıra sizdədir!"
03.04.2026 15:04

İsrailin maliyyə naziri Bezalel Smotriçin son bəyanatı diqqət çəkib.


O bildirib ki, Türkiyə və müsəlman qardaşları İsrail üçün yeni çağırışdır:

"İrandan sonra böyük ehtimal, Türkiyə ilə bizi çox gərgin dövr gözləyir. Türkiyə İrana bənzəmir və onun Qərblə əlaqələri dərindir, amma bütün ssenarilərə hazır olmalıyıq. Şiə hilalın sünni hilalı ilə əvəz edilməsinə imkan verməyəcəyik".

İsrail rəsmisinin Türkiyəni İrandan sonrakı "növbəti hədəf" və ya "əsas çağırış" kimi təqdim etməsi Yaxın Şərqdə müharibə ocağının coğrafiyasının genişlənəcəyinə dair bir anonsdurmu? Türkiyənin "müsəlman qardaşları" ifadəsi kimləri hədəfə çevirir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əlimusa İbrahimov bildirib ki, Türkiyənin İsrailin növbəti hədəfi olacağı ilə bağlı səslənən fikirlər yeni deyil və bu tip məlumatlar mütəmadi şəkildə dövriyyəyə buraxılır:


“İsrail maliyyə naziri Smotriçin bəyanatını isə ciddi qəbul etmək olar. Belə ki, bu iddiaların əsas mənbəyinin İsrailin hakimiyyət dairələri olduğu təsdiqlənir. Bu Türkiyə üçün və ümumiyyətlə bütün Türk dünyası üçün böyük siqnaldır. Amma İsrailin Türkiyəyə qarşı yaxın zamanlarda hərbi əməliyyatlara başlaması realdırmı? Yaxud İrandan sonra adlandırılan zaman vahidi hansı dövrü əhatə edir?”

İsrail-Türkiyə qarşıdurması realdırmı?

Analitikin sözlərinə görə, İsraildə Türkiyənin daha ciddi hədəf olduğu qəbul edilir və mümkün qarşıdurmanın heç də asan olmayacağı dərk olunur:


“Digər tərəfdən Türkiyənin NATO üzvü olması da İsrailə mane olan məqamlardandır. Amma qarşısına məqsəd qoyduğu halda İsrail yəhudi lobbisi və ABŞ-nin yardımı ilə bütün maneələri dəf etmək imkanlarına malikdir və onun Türkiyəyə qarşı iddialarını blef adlandıranlar yanılırlar. Ona görə İsraildən Türkiyəyə gələn təhdidlər diqqətlə nəzarət altında saxlanılmalıdır”.

İran faktoru həlledicidir

Ə.İbrahimov hesab edir ki, İsrail İranla müharibəni öz istədiyi formada başa çatdırmadan Türkiyə istiqamətində ciddi addım atmayacaq:

“Çünki İsrail və həm də ABŞ-nin İranda hansı formada düyünə düşdükləri məlumdur. İsrail ABŞ ilə birlikdə İranda xaos hökuməti yarada bilməsə, hələ uzun müddət bununla məşğul olacaq. Bu müddət ərzində hesab edirəm ki, Ankara İsraildən lazım olan səviyyədə müdafiə olunmaq üçün zəruri tədbirlər görəcək”.

Smotriçin mesajı nəyə hesablanıb?

Politoloq əlavə edib ki, İsrail maliyyə nazirinin Türkiyəni “Müsəlman qardaşları” ilə yanaşı qeyd etməsi daha geniş strateji məqsədlərdən xəbər verir:


“Smotriçin Türkiyəni Müsəlman qardaşları ilə yanaşı adlandırması daha uzaq gedən mətləblərdən xəbər verir və İsrailli nazirin Türkiyəyə qarşı mübarizədə tərəfdaş toplamaq məqsədinə xidmət edir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Bütün Xəbərlər