İqtisadi, siyasi və strateji addım: Suriyaya təbii qaz tədarükü ölkəyə nə vəd edir?

İqtisadi, siyasi və strateji addım: Suriyaya təbii qaz tədarükü ölkəyə nə vəd edir?
25.07.2025 18:00 Təhlil

“Azərbaycanın avqustun 1-dən etibarən Türkiyə ərazisi vasitəsilə Suriyaya təbii qaz tədarükünə başlaması təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyan strateji addımdır”. 

İqtisadçı-ekspert Elman Sadıqov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu qərar, enerji ixracatçısı kimi Azərbaycanın regional rolu ilə yanaşı, daha geniş geosiyasi kontekstdə də qiymətləndirilməlidir.

“Azərbaycan qaz ixracı baxımından bazar problemi yaşamır, əksinə ona tələbat kifayət qədər yüksəkdir. Lakin Suriyaya qaz ixracı ilk növbədə siyasi sabitlik və regional təhlükəsizliyə yönəlmiş bir addımdır. Suriyada yeni formalaşan hökumətin ən çətin dövrünü yaşadığı bir vaxtda Azərbaycan tərəfindən göstərilən bu dəstək ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Eyni zamanda Suriyanın Azərbaycanın yaxın strateji tərəfdaşı və qardaş dövləti olan Türkiyənin sərhəd qonşusu olması da məsələnin geosiyasi önəmini artırır. Rəsmi Ankaranın Suriyanın parçalanmaması və vahid dövlət olaraq mövcudluğunu qorumasında maraqlı olduğu bir dönəmdə, Azərbaycanın bu istiqamətdə atdığı addımlar Türkiyə ilə strateji həmrəyliyin təzahürü kimi də dəyərləndirilə bilər”. 

Məsələyə iqtisadi aspektdən yanaşdıqda isə ekspert bildirir ki, Suriya gələcəkdə neft-qaz hasilatı və ixracı üçün ciddi potensiala malikdir. Hazırda zəngin enerji ehtiyatları olan bu ölkədə stabillik bərqərar olacağı təqdirdə, Azərbaycanın SOCAR kimi təcrübəli dövlət şirkəti vasitəsilə bu bazarda iştirak etməsi mümkün olacaq. Artıq SOCAR tərəfindən müəyyən ilkin razılaşmaların əldə edilməsi bu istiqamətdə mühüm bir siqnaldır.

“İxrac olunan qaz bu gün üçün iqtisadi mənfəət gətirsə də, əsl məqsəd uzunmüddətli strateji mövqe qazanmaqdır. Gələcəkdə Suriyanın enerji sektorunun bərpasında iştirak, qaz və neftin çıxarılması, bölgüsü və beynəlxalq bazarlara ixracı kimi proseslərdə yer almaq Azərbaycanın həm iqtisadi, həm də siyasi qazancını artıracaq”.

Bununla belə, iqtisadçı mövcud risklərə də diqqət çəkərək vurğulayıb ki, Suriyada hələ də müxtəlif etnik, dini və tayfa əsaslı qarşıdurmalar qalır. Bu səbəbdən, iqtisadi imkanlar geniş olsa da, siyasi sabitlik təmin edilmədən bu imkanlardan tam yararlanmaq çətin olacaq. 

E.Sadıqovun qənaətincə, əgər Suriya bütövlüyünü və daxili sabitliyini bərpa edə bilsə, Azərbaycan bu prosesdə həm siyasi vasitəçi, həm də iqtisadi tərəfdaş kimi aparıcı rol oynaya bilər. Lakin bunun üçün beynəlxalq birlik tərəfindən Suriyanın parçalanmasına çalışan qüvvələrə qarşı sistemli dəstək vacibdir.

Töhfə Səməd

FOTOLAR

İqtisadi, siyasi və strateji addım: Suriyaya təbii qaz tədarükü ölkəyə nə vəd edir? — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 Bütün Xəbərlər