Dəmirəl 1967-ci ildə Sumqayıta səfərində KQB-nin generalı Əliyevlə dostlaşdı və 28 il sonra sui-qəsd planını ifşa etdilər

Dəmirəl 1967-ci ildə Sumqayıta səfərində KQB-nin generalı Əliyevlə dostlaşdı və 28 il sonra sui-qəsd planını ifşa etdilər
17.06.2026 16:39

Bəzi insanlar siyasi fəaliyyətləri ilə bütöv bir coğrafiyanın taleyini dəyişir. XX əsrin son rübündə türk dünyası məhz belə iki böyük nəhəngin – Heydər Əliyev və Süleyman Dəmirəlin çiyin-çiyinə verməsinin şahidi oldu.


Bu gün, Türkiyə siyasətinin əfsanəvi "Baba"sı Süleyman Dəmirəlin vəfat günüdür. 

Bu can bağının təməlləri sovet imperiyasının hələ ayaqda olduğu illərdə qoyulmuşdu. Süleyman Dəmirəl 1965-ci ildə Türkiyənin Baş naziri seçildikdən sonra, 19-29 sentyabr 1967-ci ildə SSRİ-yə böyük rəsmi səfər reallaşdırdı. Moskva və Daşkənddən sonra onun marşrutunda Bakı da var idi. Bu, bir Türkiyə Baş nazirinin Bakıya tarixdəki ilk səfəri idi.

Həmin vaxt NATO üzvü olan ölkənin rəhbərinin gəlişi sovet mənbələrində, xüsusən "Pravda" qəzetində "yaxşı qonşuluq" və "iqtisadi əməkdaşlıq" donunda müsbət işıqlandırılsa da, pərdə arxasında böyük bir coğrafi həsrət var idi. Bakı və Sumqayıt küçələrinə axışan yerli əhali Dəmirəli elə bir coşqu ilə qarşıladı ki, Baş nazir illər sonra həmin anları Bakının onu "İzmir və ya Adanadakı kimi" bağrına basması ilə xatırlayacaqdı.

Məhz bu tarixi səfər zamanı Heydər Əliyevlə Süleyman Dəmirəlin yolları ilk dəfə kəsişdi və səmimi tanışlıq yaranmağa başladı. Ulu Öndər sonralar o günləri xatırlayaraq deyirdi:

"Süleyman Dəmirəl Baş nazir olanda Sovet İttifaqına, o cümlədən Azərbaycana səfər etmişdi. O vaxtlar orada dostlaşdıq".

Daha sonra o, müstəqillik dövründə – 1992-ci ilin mayında və 1995-ci ildə də Bakıya gələcəkdi, amma 1967-ci ilin o ilk qığılcımı unudulmaz idi.

Böyük sınaq isə 1990-cı illərin əvvəllərində, Naxçıvanın ən ağır günlərində gəldi. Ermənistanın tam blokadasında qalan, işığı, qazı kəsilən, çörək tapılmayan Naxçıvanda xalq donurdu. O illərdə Naxçıvan Ali Məclisinin Sədri olan Heydər Əliyev bölgəni bu fəlakətdən çıxarmaq üçün gecəsini gündüzünə qatmışdı. O dövrün canlı şahidləri danışır ki, Bakı ilə Naxçıvan arasında rəsmi xətlər ya kəsilmişdi, ya da dinlənilirdi. Buna görə də Türkiyə tərəfi Heydər Əliyevə xüsusi rabitə vasitəsi hədiyyə etmişdi. Ulu Öndər bu xətlə birbaşa Türkiyənin Baş naziri Süleyman Dəmirəlin kabinetinə zəng edirdi. Dəmirəl sonralar o günləri belə xatırlayırdı:

"Heydər bəy zəng edib “Xalq qaranlıqdadır, donur” dedi. Biz o işığı oraya çatdırmalı idik və çatdırdıq".

1992-ci ilin martında Heydər Əliyev Ankaraya getdi. O vaxt Türkiyənin də daxili iqtisadiyyatı heç də parlaq deyildi. Buna baxmayaraq, Dəmirəl bütün bürokratik əngəlləri, nazirliklərin "büdcəmiz yoxdur" etirazlarını bir kənara atdı. Öz şəxsi zəmanəti ilə Naxçıvan üçün o dövrə görə astronomik bir rəqəm sayılan 100 milyon dollarlıq kredit müqaviləsini imzaladı. Bölgəyə un, dərman, ərzaq və ən əsası elektrik enerjisi axmağa başladı.

Həmin ilin 28 mayında Araz çayı üzərində Sədərək-Dilucu körpüsü açılanda, bu keçid xalqın yaddaşına birdəfəlik "Ümid körpüsü" kimi həkk olundu. Üstəlik, Dəmirəl təkcə iqtisadi değil, hərbi qətiyyət də nümayiş etdirdi. Ermənistan Naxçıvana göz dikəndə, o, 1921-ci il Qars müqaviləsini masaya qoydu və dünyaya elan etdi:

"Naxçıvanın sərhədlərinin dəyişdirilməsi Türkiyə üçün müharibə səbəbidir”.

Heydər Əliyev 1993-cü ildə Bakıda hakimiyyətə gəldikdən sonra bu dostluq daha da dərinləşdi. Qarşıda daha böyük fırtınalar var idi. 


Bunlardan ən dəhşətlisi 1995-ci ilin martında baş verdi.

Azərbaycan dövlətçiliyinin qıl körpüsündən keçdiyi həmin günlərdə Süleyman Dəmirəldən Heydər Əliyevə gözlənilməz telefon zəngi gəldi. Türkiyə kəşfiyyatı ölkə daxilindəki bəzi qaranlıq qrupların Bakıdakı qiyamçılara gizli dəstək verdiyini, Heydər Əliyevi devirmək istədiyini rəsmən təsbit etmişdi.

Heydər Əliyevə sui-qəsd ediləcəyi, ardınca isə ölkədə çevriliş olacağı ilə bağlı məlumat Danimarkanın paytaxtı Kopenhagendə BMT-nin iclasına qatılan Türkiyənin 9-cu Cumhurbaşqanı Süleyman Dəmirələ çox gizli şəkildə çatdırılmışdı. Dəmirəl 12 mart 1995-ci ildə sözügedən iclasda Ankaradan “kripto” ilə gələn və üzərində “çox gizli” yazılan sənədi dəhşətlə oxumaya başlayıb. Sənədin içində Azərbaycan Prezidenti Heydər Əliyevə qarşı ediləcək sui-qəsd planından bəhs edilirdi. Əliyevə qarşı ediləcək sui-qəsdin yeri və zamanı dəqiq göstərilmişdi. Sui-qəsddən sonra isə baş verəcək çevriliş təşəbbüsünü reallaşdıracaqlar arasında türklərin də adı var idi.

Dəmirəl onunla birgə BMT-nin məlum toplantısına qatılan və eyni oteldə qalan Heydər Əliyevə zəng vuraraq otağına çağırır. Əliyev ona ediləcək sui qəsddən xəbərsiz olub. 

— Heydər bəy, ölkənizdə bir çevriliş cəhdi var. Çevriliş sizə qarşı işlənəcək bir sui-qəsddən sonra həyata keçəcək. Ölkənizə nə zaman qayıdacaqsınız? 

Toplantı bitdikdən sonra axşamüstü qayıdacağam.

Heydər bəy, vaxt itirməyin. Elə indi ölkənizə qayıdın. Çünki planı hazırlayanlar sizin rəsmi proqramınızdan xəbərdardırlar. Hava limanından şəhərə gedəcəyiniz yolun üzərindəki körpünü havaya uçurmaq üçün altına saatlı bomba qoymuşlar. O bomba partlamadan öncə sizin oradan keçməyiniz lazımdır. Buna görə də Bakıya indi qayıtmalısınız. Dəyərli dostum, tədbiri əldən vermək olmaz. Sabah Pakistanda baş tutacaq EKO Zirvəsində iştirak edəcəyinizi bilirəm. Belə bir kritik vəziyyətdə Pakistana getməyin. Hər ehtimalı göz önünə alın və ölkənizdə qalın.

H.Əliyev Dəmirəlin xəbərdarlığını nəzərə aldı. Bunun ardından sonra Azərbaycanda geniş miqyaslı əməliyyatlar başladı. H.Əliyev hadisənin üstündən iki il keçəndən sonra Türkiyəyə rəsmi ziyarəti zamanı TBMM kürsüsündən millətvəkillərinə xitabən bu cümlələri söylədi: 

1995-ci il ilin mart ayında mən Kopenhagendə ikən bir plan qurulub. Ölkəmə dönərkən hava limanı yolunda məni öldürüb, hakimiyyəti ələ keçirəcəklərmiş. Əziz dostum Dəmirəl bir təhlükədə olduğumu mənə bildirdi. Məni bu günlərə gətirdiyiniz üçün çox sağolun, həyatımı qurtardınız. Bu günlərə gəlməyimə yardım etdiniz. Ölkəmdəki çevriliş mənə əvvəldən xəbər verdiniz. Mən Bakıya nəzərdə tutulanadan əvvəl qayıtdım və onlar planlarını həyata keçirə bilmədilər. Amma o gecə onlar Azərbaycanın Gürcüstan və Ermənistana yaxın bölgələrində, sərhəddə idarəetməni ələ keçirdilər. Mən bu işlə 5-6 gün məşğul oldum və onları yola gətirmək istədim.

Bu, iki lider arasındakı sadiqliyin ən böyük sübutu idi. 

Bu gün Azərbaycanı regionun liderinə, Avropanın enerji tərəfdaşına çevirən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri asanlıqla başa gəlməyib. 1994-cü ildə "Əsrin Müqaviləsi" imzalananda böyük qlobal güclər və xarici neft şirkətləri neftin Türkiyəyə deyil, Rusiyanın Novorossiysk və ya Gürcüstanın Supsa limanına daşınmasını istəyirdilər. Marşrutun çox uzun və baha başa gələcəyini bəhanə edirdilər.

Süleyman Dəmirəl qlobal neft nəhənglərinin rəhbərlərini Ankarada masanın ətrafına topladı və şərtini kəsdi:

"Bu kəmər sadəcə ticarət deyil, Türkiyə ilə Azərbaycanın can bağıdır. Əgər Ceyhan layihəsindən imtina etsəniz, Boğazları (Bosfor və Dardanel) neft tankerləriniz üçün bağlayacağıq!"

Heydər Əliyev isə şimaldan gələn nəhəng siyasi təzyiqlərə rəğmən geri çəkilmədi. Hər iki lider bu layihəni "müstəqilliyin sığortası" adlandırırdılar. 1999-cu ildə ATƏT-in İstanbul sammitində kəmərin hüquqi təməli qoyulanda dünya anladı ki, bu iki polad xarakterli insanın qarşısında durmaq qeyri-mümkündür.

Onların xatirələrindəki ən gözəl ştrixlər isə rəsmiyyətdən uzaq, insani məqamlardır. Beynəlxalq protokola görə, bir ölkənin başçısı digərini iqamətgahda və ya sarayda gözləməlidir. Amma Dəmirəl Bakıya gələndə və ya Heydər Əliyev Ankaraya enəndə bu qaydalar kağız üzərində qalırdı. Onlar bir-birini elə hava limanında, təyyarənin pilləkənləri önündəcə qucaqlayır, bağrına basırdılar.

Heydər Əliyev istər Bakıdakı rəsmi qəbullarda, istərsə də Ankarada keçirilən beynəlxalq sammitlərdə tribunadan çox vaxt rəsmi protokolu kənara qoyub, birbaşa Dəmirəlin gözlərinin içinə baxaraq "Mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl" deyə müraciət edərdi. 

Bu qardaşlıq ən ağır günlərin sınağından keçmişdi. 1995-cı ilin dekabrında, Süleyman Dəmirəlin böyük qardaşı Şövkət bəy vəfat edəndə, Heydər Əliyev bütün işlərini təxirə salaraq xüsusi təyyarə ilə birbaşa Dəmirəlin doğulduğu İspartanın İslamköy kəndinə, hüzr yerinə uçdu. İki böyük liderin hamının gözü qarşısında qucaqlaşır, dərd ortağı olur.


Heydər Əliyev: "Mən bura bir dövlət başçısı kimi yox, qardaşımın dərdini bölüşməyə gəlmişəm".

Hər iki liderin iti ağlı və güclü yumor hissi var idi. Dəmirəl hər dəfə Heydər Əliyevin rəsmi çıxışlarındakı məntiqli, kəskin keçidləri heyranlıqla izləyər və yaxın ətrafına deyərdi: 

"Heydər bəy danışanda adamın rəsmən nəfəsi kəsilir, hər kəlməsi bir tarixdir".

Heydər Əliyev isə Dəmirəlin Türkiyənin ən qarışıq dövrlərindən ("7 dəfə gedib, 8 dəfə qayıdan" siyasi düha kimi) necə ustadlıqla çıxdığına eyham vuraraq onunla zarafatlaşardı.

Münasibətlərin ən duyğulu tərəfi isə sonda üzə çıxdı. Heydər Əliyevin səhhətində problemlər yarananda və o, Ankarada Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) müalicə olunanda, Süleyman Dəmirəl artıq prezident deyildi. Lakin o, vəzifədə olmamasını heç vecinə də almadı. Demək olar ki, hər gün xəstəxanaya gəlir, saatlarla Heydər Əliyevin çarpayısının yanında əyləşirdi. 

Türkiyə dövləti Heydər Əliyevi ölkənin ən ali mükafatı – "Dövlət Nişanı" ilə (1999), Azərbaycan isə Süleyman Dəmirəli "İstiqlal" ordeni ilə (1997) təltif etdi. Dəmirəl bu ordeni alan ilk xarici dövlət xadimi idi.

Heydər Əliyev hər zaman fəxrlə deyirdi:

"Mən fəxr edirəm ki, Süleyman Dəmirəl kimi böyük bir şəxsiyyətlə mənim şəxsi dostluğum, qardaşlığım var. Bu dostluq sınaqlardan keçibdir..."

Süleyman Dəmirəl isə dostunun vəfatından sonra onun xidmətlərini bu cür ifadə etmişdi:

"O, dağılmaqda olan bir dövlətdən ayaqda möhkəm duran müasir bir Azərbaycan qurdu. Biz birlikdə tarix yazdıq".

Baba və Ulu Öndər bu dünyadan keçdilər…

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Ərdoğandan Türkiyə millisinə qəfil zəng: Elə kritik mesajlar verdi ki... 19:39 Kiyevə 500 milyon avro: Vəsaitin yarısı dronların alınmasına xərclənəcək 19:17 Azərbaycan və Koreya münasibətlərinin inkişafı müzakirə olundu 19:13 Türkiyənin 54 vilayətində əməliyyat keçirildi, 258 nəfər saxlanıldı 18:54 “Mənim sazişim nüvə silahına qarşı bir divardır” – ABŞ liderindən İrana mesaj 18:45 Paşinyan Hikmət Hacıyevdən danışdı: İlk dəfə Ermənistanda.. 18:32 Köçəryanın toxunulmazlığı ləğv edilir? - Sabiq prezidentin adı yenidən gündəmdə 18:18 "Tasnim": ABŞ və İran arasındakı memorandum sənədi qeyri-dəqiqdir 18:08 Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə etdi 18:02 Türkiyəyə qurulan illərin məşhur bank tələsi suya düşdü - Xitam verildi 17:55 Bacarırsınızsa, çıxın küçələrə, inqilab edin, hökuməti dəyişin!... 17:50 Ağ Evdən ABŞ-İran gizli sazişi ilə bağlı ŞOK AÇIQLAMA: O sənəd saxtadır! 17:42 Tonzillit necə inkişaf edir? Boğaz iltihabının səbəbləri və müalicə yanaşmaları 16:09 Xətaidə mağazadan 10 min manat oğurlandı 17:33 Azərbaycanın Qarabağla bağlı atdığı addım bütün imperiyanı çalxaladı 17:16 Bakının gur yerində terrorçu avtobusa bomba yerləşdirib qaçdı - 80 -lərin ən səsli-küylü cinayəti 17:15 İsrail dövlətindən "əcəl zəngi" - Ərdoğan Yaxın Şərqdə Osmanlı düzəni qurur 16:57 Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi 16:46 Dəmirəl 1967-ci ildə Sumqayıta səfərində KQB-nin generalı Əliyevlə dostlaşdı və 28 il sonra sui-qəsd planını ifşa etdilər 16:39 Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 16:33 AP Gürcüstanla bağlı tənqidi hesabatı qəbul etdi 16:29 Medina "Qarabağ"ı tərk etdi - RƏSMİ 16:17 Kətan toxumu necə istifadə edilməlidir? Faydaları və mümkün yan təsirləri 16:02 İran savaşı bölgəmizi necə dəyişdisə, türkmənlər Bakıya qaz borusu çəkmək üçün elçi düşdülər 16:06 Rusiya tarixində görmədiyi bombaları yeyir - Ukrayna imperiyanı necə çözdü? 16:05 Все новости