İran savaşı bölgəmizi necə dəyişdisə, türkmənlər Bakıya qaz borusu çəkmək üçün elçi düşdülər

İran savaşı bölgəmizi necə dəyişdisə,  türkmənlər Bakıya qaz borusu çəkmək üçün elçi düşdülər
17.06.2026 16:06

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu yaxınlarda Azərbaycana gələcək.

İran ətrafında davam edən müharibə və Hörmüz boğazındakı qeyri-müəyyənlik fonunda Xəzər hövzəsi yenidən beynəlxalq diqqətin mərkəzinə çevrilib. Bakıda keçirilən Enerji Həftəsində müzakirə olunan layihələr – yaşıl enerji xətti, Orta Dəhliz və xüsusilə Trans-Xəzər Qaz Kəməri (TCP) – artıq uzun illərdir “kağız üzərində” qalan ideyadan real geosiyasi tələbatın cavabı funksiyasına keçid edib. 

İranla bağlı gərginliklər enerji daşımalarında ciddi risklər yaradıb. Neft və qaz tankerlərinin Hörmüzdən keçidi, cənub marşrutlarının etibarlılığı sual altına düşüb. Bu vəziyyət Avropa və Asiya ölkələrini alternativlər axtarmağa məcbur edir.

Məhz bu fonda Trans-Xəzər dəhlizləri – həm nəqliyyat, həm də enerji baxımından – ənənəvi marşrutlara “B planı” kimi önə çıxır. Rusiya-Ukrayna müharibəsi Şimali Dəhlizin problemlərini artıq ortaya qoymuşdu; indi isə cənub istiqamətindəki risklər Xəzəri mərkəzə gətirir.

TCP-nin potensialı və əhəmiyyəti sadədir. Türkmənistanın zəngin qaz ehtiyatlarını Xəzərin dibi ilə Azərbaycana, oradan isə Cənub Qaz Dəhlizi (TANAP və TAP vasitəsilə) ilə Avropaya çıxarmaq. Bu, Türkmənistan üçün yeni bazarlar, Azərbaycan üçün tranzit gəlirləri və Avropa üçün Rusiya və İrandan asılılığı azaldan rıçaqları deməkdir. Layihənin texniki və hüquqi əsasları da getdikcə möhkəmlənir. Xəzərin hüquqi statusu haqqında Konvensiya, “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılaşmalar kimi addımlar maneələri  seyrəldib.  

Lakin  maliyyələşdirmə ən böyük problem sayılır. Kim ödəyəcək?  Avropa şirkətləri, Aİ, yoxsa region ölkələrinin öz resursları? Tikinti xərcləri, ekoloji risklər və Xəzərin dibi ilə boru çəkməyin texniki çətinlikləri layihəni illərlə ləngitdi.

Amma hazırkı geosiyasi şərait bu maneələri aradan qaldırmağa təkan verə bilər. Aİ ölkələrinin enerji təchizatında diversifikasiya istəyi, Türkiyənin regional rolunun artması və ABŞ-nin son vaxtlar göstərdiyi maraq (xüsusilə Senat səviyyəsində səslənən dəstək) yavaş-yavaş suları isidir. 

Türkmənistan Prezidentinin Bakıya gəlişi də məhz bu məsələdə yeni addımların atılacağını deməyə əsas verir.  İki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi, yeni sənədlərin imzalanması TCP kimi iri layihələrə siyasi iradə əlavə edə bilər.

Azərbaycan artıq infrastruktur baxımından hazır vəziyyətdədir – Səngəçal terminalı, mövcud boru xətləri və tranzit təcrübəsi bu birləşməni asanlaşdırır. Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı ilə paralel gedən enerji layihələri regionu strateji enerji mərkəzinə çevirəcək.

Bakı Enerji Həftəsində səslənən müzakirələr təsadüfi deyildi. Region ölkələri krizi fürsətə çevirmək istəyirlər. Əgər TCP reallaşsa, Xəzəryanı əməkdaşlığın yeni səviyyəsi, Avropa bazarlarına çıxış və enerji təhlükəsizliyində real inkişaf  demək olacaq. 

Bunun  üçün maliyyə, vaxt və siyasi iradə lazımdır, amma indiki şərtlər son on ildə görünən ən münbit şəraiti  yaradıb. 

Jalə Rövşən

XƏBƏR LENTİ
17 IYUN 2026
“Mənim sazişim nüvə silahına qarşı bir divardır” – ABŞ liderindən İrana mesaj 18:45 Paşinyan Hikmət Hacıyevdən danışdı: İlk dəfə Ermənistanda.. 18:32 Köçəryanın toxunulmazlığı ləğv edilir? - Sabiq prezidentin adı yenidən gündəmdə 18:18 "Tasnim": ABŞ və İran arasındakı memorandum sənədi qeyri-dəqiqdir 18:08 Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə etdi 18:02 Türkiyəyə qurulan illərin məşhur bank tələsi suya düşdü - Xitam verildi 17:55 Bacarırsınızsa, çıxın küçələrə, inqilab edin, hökuməti dəyişin!... 17:50 Ağ Evdən ABŞ-İran gizli sazişi ilə bağlı ŞOK AÇIQLAMA: O sənəd saxtadır! 17:42 Tonzillit necə inkişaf edir? Boğaz iltihabının səbəbləri və müalicə yanaşmaları 16:09 Xətaidə mağazadan 10 min manat oğurlandı 17:33 Azərbaycanın Qarabağla bağlı atdığı addım bütün imperiyanı çalxaladı 17:16 Bakının gur yerində terrorçu avtobusa bomba yerləşdirib qaçdı - 80 -lərin ən səsli-küylü cinayəti 17:15 İsrail dövlətindən "əcəl zəngi" - Ərdoğan Yaxın Şərqdə Osmanlı düzəni qurur 16:57 Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi 16:46 Dəmirəl 1967-ci ildə Sumqayıta səfərində KQB-nin generalı Əliyevlə dostlaşdı və 28 il sonra sui-qəsd planını ifşa etdilər 16:39 Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi 16:33 AP Gürcüstanla bağlı tənqidi hesabatı qəbul etdi 16:29 Medina "Qarabağ"ı tərk etdi - RƏSMİ 16:17 Kətan toxumu necə istifadə edilməlidir? Faydaları və mümkün yan təsirləri 16:02 İran savaşı bölgəmizi necə dəyişdisə, türkmənlər Bakıya qaz borusu çəkmək üçün elçi düşdülər 16:06 Rusiya tarixində görmədiyi bombaları yeyir - Ukrayna imperiyanı necə çözdü? 16:05 Bal istehlakının üstünlükləri və ehtiyat tələb edən halları 15:57 Astma necə tanınır? Simptomlar, risklər və nəzarətdə saxlama üsulları 15:53 Səhiyyə işçiləri təltif edildi - SƏRƏNCAM 15:53 Bu məhsullar gömrük rüsumlarından azad ediləcək 15:44 Bütün Xəbərlər