Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti ucuzlaşdı

Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti ucuzlaşdı
24.06.2026 14:00

Bakı-Tbilisi-Bakı sərnişin qatarının biletlərində ucuzlaşma qeydə alınıb.

TodayPress TV "Trend"ə istinadən xəbər verir ki, bəzi kateqoriyalar üzrə qiymətlərdə azalma müşahidə olunur.

Məlumata əsasən, Bakı-Tbilisi istiqaməti üzrə birtərəfli komfort biletin qiyməti 81 manatdan 78.8 manata düşüb.


Digər tariflər üzrə də dəyişiklik qeydə alınıb: eyni istiqamət üzrə komfort+ biletləri 117 manatdan 112 manata, lüks sinif biletləri isə 180 manatdan 177 manata qədər ucuzlaşıb.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib ki, Bakı-Tbilisi-Bakı reysi üzrə bilet qiymətləri beynəlxalq hesablaşma mexanizminə əsasən müəyyən olunur.

Belə ki, tariflər Gürcüstanla hesablaşmalar çərçivəsində İsveçrə frankının yerli məzənnəyə nisbətinə uyğun formalaşır. Yəni İsveçrə frankının məzənnəsindəki dəyişikliklər bilet qiymətlərinə də birbaşa təsir göstərir.

Qeyd edək ki, "AZCON Holding" şirkətlərindən olan ADY 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişindaşımalarını bərpa edib. Qatar hər gün Bakıdan saat 23:10-da yola düşür və növbəti gün saat 08:41-də Tbilisiyə çatır, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
Bakıda avtomobil salonunda yanğın olub - VİDEO 10:18 Yeni radar avtomobilləri arxadan da çəkəcək - VİDEO 10:10 Золото и серебро подорожали еще больше 10:03 “Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır! 09:56 Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar 09:28 Текущая картина мировых фондовых рынков 09:25 Ronaldo fanatları səhvən başqa cütlüyün toyuna gəlib xaos yaratdılar 09:41 Ukrayna Putinin sarayını qoruyan kompleksi vurdu 09:38 В Бузовнах из моря было извлечено тело 09:19 Sariyevadan böyük uğur! Azərbaycan rekordu yeniləndi 09:09 Yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq 08:55 Azərbaycanlı velosipedçi Çində rəqiblərini geridə qoydu! 09:07 Uzaq şərqin ən böyük neft emalı zavodu partladı - VİDEO 08:45 Сильное землетрясение в Колумбии: число погибших превысило 100 человек 08:36 В Киеве баллистическая ракета упала на детскую больницу-фото 08:32 Bir stəkan limonlu su nəyi dəyişir? Alimlərdən diqqətçəkən açıqlama 00:14 Yağış suyu şəhərləri istidən xilas edə bilər 22:07 Titanla aramızdakı məsafə niyə dəyişir? Alimlər izah etdi 22:26 “Kəsilməz internet” hər gün təxminən 33 dəqiqə kəsilir 22:41 Qarın piylərini azaltmaq istəyənlər qəhvəni belə içməlidir 22:57 Kardioloq ürək üçün ən təhlükəli içkini açıqladı 23:42 31 dekabrdan sonra İraqda nə baş verəcək? SON XƏBƏRDARLIQ 23:17 «Иран полностью обанкротился» — Военным не платят зарплату? 00:22 Ядерные материалы, годами скрываемые в Сирии — США перешли к действиям 00:43 Все новости