Trampın "Epşteyn qalxanı": Gündəmi dəyişdirən "Maduro" həmləsi

Trampın "Epşteyn qalxanı": Gündəmi dəyişdirən "Maduro" həmləsi
05.01.2026 11:55

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris Donald Trampın Venesuela Prezidenti Nikolas Maduroya qarşı keçirdiyi əməliyyatı kəskin tənqid edib. O bildirib ki, Maduro qəddar diktator olsa da, bu fakt əməliyyatın qanunsuz və yanlış olmasını dəyişmir. Harrisə görə, Trampın addımları demokratiya və ya narkotiklə mübarizə ilə deyil, neft maraqları və regional liderlik ambisiyası ilə bağlıdır. O vurğulayıb ki, bu cür müdaxilələr xaosa səbəb olur və nəticədə Amerika ailələri bunun bədəlini ödəyir.

Bəs bu hadisə Trampa qarşı ölkədə kütləvi narazılıq yarada bilərmi?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Tramp Maduronu həbs etməklə nüfuzunu qoruyur və siyasi üstünlüyünü gücləndirir:


"Trampın Venesuela prezidenti Maduronu həbs etməsi iki əsas məqsədə xidmət edir. Bir tərəfdən Trampın nüfuzuna ciddi zərbə vurmuş və vurmaqda davam edən Epşteyn qalmaqalını unutdurmaq, onu kölgədə qoymaq, digər tərəfdən isə ilin sonunda keçiriləcək seçkilərdə Nümayəndələr Palatasında və Senatda çoxluğu qoruyub saxlamaq".

Ekspert qeyd edib ki, Tramp ədaləti, nefti və narkotiklə mübarizəni əsas məqsəd göstərir:


"Tramp ədaləti bərpa etdiyini iddia edir. O bildirir ki, 50 il əvvəl Qərb neft şirkətləri, o cümlədən ABŞ-nin  iri neft şirkətləri Venesuelada fəaliyyət göstərib və sonradan onların əllərindən alınaraq milliləşdirilmiş neft sahələrini sahiblərinə qaytarmaqla ədaləti bərpa edir. Digər tərəfdən narkotiklərin yayılmasına qarşı mübarizə apardığını deyir, Amerikanın dövlət maraqlarını düşündüyünü vurğulayır. “Növbədə Qrenlandiya var, bu bizim təhlükəsizlik məsələmizdir”, – deyir. Dövlət katibi isə Kubanın növbədə olduğunu bildirir".

O, vurğulayıb ki, bir məsələ aydındır: ABŞ-nin  yeni milli təhlükəsizlik strategiyasında açıq şəkildə göstərilir ki, Amerika qitəsi ABŞ-nin  təsir zonasıdır və buraya heç bir dövlət müdaxilə edə bilməz. Monro doktrinasının davamı kimi yeni milli təhlükəsizlik strategiyası qəbul olunub.

"Bu isə kifayət qədər təhlükəli bir vəziyyətdir. Çünki ABŞ digər bölgələrdə əvvəlki qədər fəal olmayacaqlarını açıqlayır və bu, başqa dövlətləri həvəsləndirə bilər. ABŞ Venesuelanı ələ keçirirsə, Rusiya niyə keçmiş Sovet İttifaqına daxil olmuş hansısa dövləti ələ keçirməsin, yaxud Çin niyə Tayvanı işğal etməsin? Çox təhlükəli proseslər gedir və bu, müəyyən qədər bizim üçün də risk yaradır".

Abutalıb Səmədov sonda əlavə edib ki, ABŞ-də Venesuela əməliyyatı hələ narazılıq yaratmayıb:

"Bununla belə, ABŞ daxilində bu hadisələr hələlik ciddi narazılıq doğurmayacaq. Hadisələrin sonrakı gedişi göstərəcək ki, Venesuela hadisəsi və onun ardınca gələ biləcək addımlar Trampın nüfuzuna necə təsir edəcək. Ölkədə kütləvi narazılıq yaranıb-yaranmayacağı zamanla bəlli olacaq. Ancaq bir şey aydındır ki, hələlik belə bir narazılığın yaranma ehtimalı yüksək deyil". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 Bütün Xəbərlər