Ukrayna Putinin sarayını qoruyan kompleksi vurdu

Ukrayna Putinin sarayını qoruyan kompleksi vurdu
11.08.2026 09:38

Ukraynanın pilotsuz uçuş aparatları Rusiya Prezidenti Vladimir Putinin iqamətgahlarından birini uzaqmənzilli hücumlardan qorumaq üçün istifadə edilən S-400 “Triumf” zenit-raket komplekslərinin raket buraxılış mövqeyini vurub.

TodayPress TV "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Telegrаf” nəşri yazıb.

Qeyd olunur ki, buraxılış mövqeyi Rusiya prezidentinə məxsus, İtaliya üslubunda inşa edilmiş və Rusiyanın cənubunda, Gelencik yaxınlığında yerləşən saray kompleksindən təxminən 19 kilometr məsafədədir.

Bu hava hücumundan müdafiə sistemi sarayın qorunması üçün radioelektron mübarizə sistemləri və mobil atəş qrupları ilə birlikdə istifadə olunur. Kompleksin ətrafında 43,5 kvadrat kilometr ərazini əhatə edən “bufer zona” yaradılıb. Təhlükəsizlik xidmətləri sarayın üzərində uçuşa qadağan olunmuş zonanı daim təmin edir.

Nəşr xatırladır ki, mərhum müxalifət lideri Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun 2021-ci ildə apardığı araşdırmaya əsasən, “Putinin sarayı” kimi tanınan Gelencik yaxınlığındakı iqamətgahın Rusiya prezidentinə təxminən 1 milyard funt-sterlinqə başa gəldiyi ehtimal olunurdu.

Jurnalistlərin iddialarına görə, dəbdəbəli kompleksdə kazino, üzüm bağı, spa mərkəzi, buz meydançası, teatr, dirəkdə rəqs otağı, qəlyan salonu, “su diskotekası”, miniatür dəmir yolu olan otaq və daha çox müxtəlif obyekt yerləşirdi. 2023-cü ildə kompleksə hətta ibadətgah da əlavə edildiyi bildirilmişdi.

Hesab olunur ki, Putin Ukraynanın uzaqmənzilli PUA-larının hücumlarından ehtiyat etdiyi üçün bu Qara dəniz sahilindəki iqamətgahına nadir hallarda gedir və getdikcə daha çox Valday gölündə yerləşən, güclü mühafizə olunan dəbdəbəli bağ evinə üstünlük verir.

Valdaydakı bağ evinin ən azı 27 qüllə ilə qorunduğu və həmin qüllələrdə “Pantsir” zenit-raket sistemlərinin yerləşdirildiyi bildirilir. Hər bir belə sistemin qiymətinin təxminən 16 milyon funt-sterlinq olduğu qeyd olunur.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 "Avtomobilləri arxadan çəkən radar"la bağlı NİİM-dən AÇIQLAMA 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 Azərbaycan neftinin qiyməti 95 dolları ötdü 10:22 Bakıda avtomobil salonunda yanğın olub - VİDEO 10:18 Yeni radar avtomobilləri arxadan da çəkəcək ? - VİDEO 10:10 Qızıl və gümüş daha da bahalaşdı 10:03 “Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır! 09:56 Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar 09:28 Dünya fond bazarlarının bu günkü mənzərəsi 09:25 Ronaldo fanatları səhvən başqa cütlüyün toyuna gəlib xaos yaratdılar 09:41 Ukrayna Putinin sarayını qoruyan kompleksi vurdu 09:38 Buzovnada dənizdən meyit tapıldı 09:19 Sariyevadan böyük uğur! Azərbaycan rekordu yeniləndi 09:09 Yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq 08:55 Azərbaycanlı velosipedçi Çində rəqiblərini geridə qoydu! 09:07 Uzaq şərqin ən böyük neft emalı zavodu partladı - VİDEO 08:45 Kiyevdə ballistik raket uşaq xəstəxanasına düşdü - GÖRÜNTÜLƏR 08:32 Bir stəkan limonlu su nəyi dəyişir? Alimlərdən diqqətçəkən açıqlama 00:14 Yağış suyu şəhərləri istidən xilas edə bilər 22:07 Titanla aramızdakı məsafə niyə dəyişir? Alimlər izah etdi 22:26 “Kəsilməz internet” hər gün təxminən 33 dəqiqə kəsilir 22:41 Qarın piylərini azaltmaq istəyənlər qəhvəni belə içməlidir 22:57 Bütün Xəbərlər