Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE
24.07.2026 15:16 Xarici siyasət

Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın İtaliyada, eyni zamanda Malta, San-Marino və ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılaraq Türkiyəyə səfir təyin olunub.

TodayPress TV Oxu.Az-a istinadən Rəşad Aslanovun dosyesini təqdim edir:

Rəşad Aslanov 13 oktyabr 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsində, həmçinin beynəlxalq hüquq üzrə magistr (fərqlənmə ilə) təhsili alıb. Bundan başqa, Birmingem Universitetinin İnsan Hüquqları, Hüquq və Təcrübə üzrə Peşəkar İnkişaf Kursuna, həmçinin Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Müqavilələr Hüququ üzrə mühazirəçi təhsilinə yiyələnib.

1999-cu ildə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin referenti, 2004-cü ildə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin attaşesi, üçüncü katibi vəzifəsinə təyin edilib.

Daha sonra, 2004-2008-ci illər aralığında Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin üçüncü və ikinci katibi, Azərbaycan Respublikasının İtaliyanın Roma şəhərində yerləşən BMT Agentlikləri yanında daimi nümayəndənin müavini vəzifəsində işləyib.

2009-cu ildə XİN-in Beynəlxalq hüquq və müqavilələr idarəsinin birinci katibi vəzifəsinə təyin olunub.

2011-16-cı illər aralığında XİN rəhbərinin köməkçisi işləyib.

2016-cı ildə Argentinada müvəqqəti işlər vəkili vəzifəsinə təyin edilib.

2016-22-ci illər aralığında Azərbaycanın Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, iqamətgahı Buenos-Ayres şəhərində olmaqla, AR-in Çili Respublikasında, Paraqvay Respublikasında, Çoxmillətli Boliviya Dövlətində və Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb.

2022-ci ildən bu günə qədər isə İtaliyada Azərbaycan səfiri vəzifəsində işləyib.

2023-cü ildə isə Azərbaycanın BMT Agentlikləri yanında (FAO, ÜƏP, IFAD) daimi nümayəndəsi, San-Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Roma şəhərində olmaqla), Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Roma şəhərində olmaqla) vəzifəsində işləyib.

İngilis, rus, türk, italyan, ispan dillərində sərbəst, ərəb dilində isə orta səviyyədə danışa bilir.

TodayPress TV

NEWS FEED
24 JULY 2026
“Neftçi”nin taleyini idarə edəcək hakim açıqlandı 17:39 “Zirə”nin Avropa Liqası matçının hakimi bəlli oldu 17:20 MM ABŞ-də Azərbaycan əleyhinə qəbul edilmiş qanun layihəsinə etiraz bildirdi 17:18 UEFA-dan ÇSKA – "Qarabağ" matçı ilə bağlı qərar 17:07 Rusiya Slavyanskı bombaladı: Ölənlər VAR 16:59 "Ölüm saatı" çatdı? - Britaniyanın İrandakı səfirliyini bağlamasının sirri 16:45 “KuPS” - “Sabah” görüşünün hakim təyinatları müəyyənləşdi 16:37 Yunanlar adalara silahlar yığır - Türkiyə təhdidə necə cavab verəcək? 16:30 Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar 16:21 Agentlik direktoru Azərbaycanı dünyada təmsil edəcək aşpazlara "pasport"larını təqdim etdi 16:08 “YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatdı 16:06 Salyanda yoxa çıxan çobanın atası Xırdalan qəssabxanasından nə tapdı? - VİDEO 16:00 Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi 15:55 Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ 15:40 Yunan klubunun Rusiya sevdası tribunaları qarışdırdı: Polislə azarkeşlər əlbəyaxa oldu - VİDEO 15:23 Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE 15:16 CHP ana müxalifət statusunu itirdi - Türkiyədə müxalifət dəyişdi 15:10 İrana əvvəlkindən daha böyük zərbə yaxınlaşır - Xəbərdarlıq edildi 14:52 Ferstappen Alonsonun karyerasına münasibət bildirdi 14:49 Klopp futbolçulara çağırış etdi: Özünüzü sübut edin 14:37 Çin dayanmır - Yanğınları söndürmək üçün dronlardan su bombaları düzəltdilər - VİDEO 14:34 Rusiyanı peykdən vurdular - Növbə İrana çatır 14:23 Azərbaycan komandası dramatik qələbə ilə finala yüksəldi 14:26 Prezidentin yüksək diplomatik vəzifə verdiyi şəxs kimdir? - DOSYE 14:23 ABŞ İranın Xəzər sahilinə zərbələr endirdi 14:20 All News