İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir

İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir
04.08.2026 14:04 Xarici siyasət

Azərbaycanda minaların təmizlənməsi uzun illər davam edəcək və bu, ölkənin üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir.

TodayPress TV xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.

Kassis bildirib ki, minalar insanların təhlükəsizliyi və normal həyatına ciddi maneə yaradır.

“Minalar çox böyük problemdir. Onların təmizlənməsi onilliklər tələb edir. Torpaqların yenidən kənd təsərrüfatı üçün istifadəsi, insanların öz evlərinə qayıtması, uşaqların təhlükəsiz şəkildə oynaması üçün minaların tamamilə təmizlənməsi vacibdir”, – deyə o vurğulayıb.

İsveçrəli nazir qeyd edib ki, ölkəsi humanitar minatəmizləmə sahəsində müxtəlif dövlətlərə dəstək göstərir.

“Humanitar minatəmizləmə bizim üçün çox mühüm istiqamətdir. Məsələn, Ukraynada bu məqsədlə 100 milyon İsveçrə frankı ayırmışıq və bu sahədə üçüncü ən böyük donor olmuşuq. Hazırda ATƏT ilə Azərbaycan arasında konkret layihələr barədə məlumat verə bilmərəm, lakin bu məsələnin təşkilat üçün də vacib olduğunu bilirəm”, – deyə İqnasio Kassis əlavə edib.

NEWS FEED
04 AUGUST 2026
Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Gözlənilməz transfer! Peres “Red Bull” sirrini açıqladı 15:55 Netanyahu ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı 15:32 Elvin Yunuszadə karyerasında yeni səhifə açdı! 15:34 Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Ter Ştegenin yeni ünvanı rəsmən bəlli oldu! 13:26 All News