Aleksey Overçuk: 176 min 77 nəqliyyat vasitəsi Şimal-Cənub dəhlizi ilə yük daşıdı

Aleksey Overçuk: 176 min 77 nəqliyyat vasitəsi Şimal-Cənub dəhlizi ilə yük daşıdı
13.10.2025 12:08 Xarici siyasət

Bu ilin ötən dövründə 176 min 77 nəqliyyat vasitəsi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşıyıb.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəhliz regionun hər 3 ölkənin iqtisadiyyatına və nəqliyyat sisteminin inkişafına böyük təkan verir:

"Hazırda Rusiya, Azərbaycan və İran dəmir yolları sistemlərinin birləşməsi məsələsi müzakirə olunur. Biz yükdaşımaların həcmini artırmaq üçün dayanıqlı keçid məntəqələrini təşkil eməliyik. Rusiya avtomobil keçidləri üçün gömrükdə münbit şərait yaradıb, gecikmələrin qarşısı alınıb. Bu ilin ötən dövrü ərzində həmin dəhlizlə yük daşıyan 176 min 77 nəqliyyat vasitəsi bu məntəqələrdən keçərək yükləri təhlükəsiz şəkildə mənzil başına çatdırıb. Sutkada 3 min nəqliyyat vasitəsini ötürmə qabiliyyəti olan məntəqələr formalaşdırmaq istiqamətində işlər həyata keçirilir. Bu işlərin nəticəsində cari ilin ötən 7 ayında dəhlizlə idxal olunan yüklərin həcmi 7 faiz artıb".

Aleksey Overçuk vurğulayıb ki, İranla Rusiya arasında ticarət dövriyyəsi 33 faiz artıb və bu artım tendedsiyası davam edir:

"Bu da yaxın gələcəkdə adıçəkilən dəhlizlə yükdaşımaların həcmini daha da artıracaq və biz buna hazır olmalıyıq".

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər