Belarus səfiri: “İkili diplom proqramları gündəmdədir”

Belarus səfiri: “İkili diplom proqramları gündəmdədir”
17.12.2025 17:14 Xarici siyasət

“Təhsil sahəsində Belarus və Azərbaycan universitetləri arasında 70-dən çox əməkdaşlıq müqaviləsi mövcuddur və ikili diplomların verilməsini nəzərdə tutan birgə təhsil proqramlarının yaradılması imkanları nəzərdən keçirilir”.

TodayPress TV xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Diplomat bildirib ki, Minsk və Bakıda fəaliyyət göstərən Belarus və Azərbaycan dili və mədəniyyəti mərkəzləri səmərəli işləyir və bu fəaliyyət yüksək qiymətləndirilir. Səfir Azərbaycan Dillər Universitetində keçirilən “Səfir saatı” tədbirində iştirakını məmnunluqla xatırladaraq, bu formatın gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

Onun sözlərinə görə, Belarus Gənclər Mərkəzi səfirliyin dəstəyi ilə Qoşulmama Hərəkatının Gənclər Təşkilatı ilə birbaşa əlaqələr qurub. Görüşlər müsbət təəssürat yaradıb və gənclər arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar formalaşdırıb.

Səfir vurğulayıb ki, Belarus tərəfi Azərbaycanın peşə təhsili sisteminin modernləşdirilməsi ilə bağlı məsləhət dəstəyi göstərib. Bu əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyevin 2030-cu ilədək 21 yeni peşə məktəbinin istifadəyə verilməsi ilə bağlı qərarı fonunda xüsusi aktuallıq kəsb edir.

Diplomat səhiyyə sahəsində əməkdaşlığın da genişləndirildiyini diqqətə çatdıraraq bildirib ki, transplantologiya, onkologiya və ortopediya əsas istiqamətlər sırasında yer alır.

Turizm sahəsinə toxunan səfir qeyd edib ki, 2026-cı ildən etibarən Belarusda birbaşa hökumətə tabe olan Milli Turizm Agentliyi fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, tərəflər tibbi turizm və tarixi marşrutlar üzrə bir-birini tamamlayan imkanlara malikdir.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
17 JUNE 2026
Vulkan püskürməsi Min sülaləsinin süqutuna səbəb olub - ARAŞDIRMA 22:22 Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 All News