Vulkan püskürməsi Min sülaləsinin süqutuna səbəb olub - ARAŞDIRMA

Vulkan püskürməsi Min sülaləsinin süqutuna səbəb olub - ARAŞDIRMA
17.06.2026 06:00 Dünya

1640-cı ildə Filippində Parker vulkanının püskürməsi Çində Min sülaləsinin süqutuna səbəb olan amillərdən biri ola bilər. Bern Universitetinin Tarix İnstitutunun tədqiqatçısı Riçard Uorren bu qənaətə gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat "South China Morning Post" qəzetində dərc olunub.

Tədqiqata əsasən, vulkan püskürməsi Çinin bir hissəsini artıq bürümüş uzunmüddətli quraqlıq dövründə baş verib. Püskürmədən sonra quraqlıq daha üç il davam edib və alimlər bunun regionda son beş əsrin ən şiddətli quraqlığına səbəb olduğunu bildirirlər.

Yaranan ərzaq qıtlığı aclığa, xəstəliklərin kütləvi yayılmasına və kəndli üsyanlarının başlamasına yol açıb. Bu gərginlik fonunda üsyançıların lideri Li Tszıçen Pekini ələ keçirib. Şəhərin işğalından sonra Min sülaləsinin sonuncu imperatoru intihar edib və bununla da sülalənin 276 illik hakimiyyətinə son qoyulub.

Qeyd edək ki, R.Uorren Min və Tsin sülalələri dövründə - 1440-cı ildən 1900-cü ilə qədər baş vermiş 13 böyük vulkan püskürməsini araşdırıb. Tədqiqat zamanı, həmçinin 1991-ci ildə Filippində Pinatubo vulkanının püskürməsi də təhlil edilib.

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ 14:11 Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək 14:06 Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi 13:56 İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi 13:38 Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokol təsdiqləndi 13:18 Vəzifəli şəxslər həbs olundu 13:15 Gənc cüdoçularımız Skopyedə uğur üçün tatamiyə çıxacaq 13:10 "Xalq düşməni" damğasını atıb gəlmişəm bura..." - Heydər ƏIiyevlə təsadüfi görüş 13:06 Sabah Azərbaycanda neçə dərəcə isti olacaq? - AÇIQLANDI 12:48 Azərbaycan XİN Pakistana başsağlığı verdi 12:45 Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - VİDEO 12:23 “Formula-1”də gündəm: “Mersedes”dən gözlənilməz qərar 12:19 Kartdan karta köçürməyə limit qoyuldu - Rəsmi reaksiya 12:16 Van Qal yenidən Niderland millisinin sükanı arxasında? 12:08 Jurnalistdən sensasion iddia: Karri nəzarətdə saxlanılır 12:06 Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi 12:04 HDQ-də buraxılış mərasimi keçirildi - VİDEO 11:59 NBA ulduzunun sağlamlığı üçün ayırdığı məbləğ təəccübləndirdi 11:48 Yeni imperiya qurulur... - XXI əsrin İNANILMAZ SSENARİSİ üzərində işləyirlər 11:39 Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı 11:37 Ağdərədə mina partlayıb - YARALILAR VAR 11:34 Ceki Çan Bakıya gəldi 11:25 Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı 11:09 Kolleclərə ixtisas seçimi başladı 10:59 Bir dövr başa çatdı: Bred Hant karyerasını bitirdi 10:41 Bütün Xəbərlər