Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı

Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı
17.06.2026 03:00 Dünya

Dünyanın ən zəngin 500 adamının ümumi sərvəti ABŞ və İran arasında sülh sazişi ilə bağlı xəbərlər fonunda indekslərin artması sayəsində iyunun 15-də 336 milyard dollar artıb.

TodayPress TV xəbər verir ki, bu, bütün müşahidələr tarixi ərzində rekord gündəlik artımdır.

İndi dünyanın ən zəngin 500 adamı 13.3 trilyon dollarlıq aktivlərə sahibdir.

İlon Mask bu siyahıda öz liderliyini möhkəmləndirib - onun "SpaceX" aerokosmik şirkətinin səhmlərinin təxminən 20% artması sayəsində iş adamının sərvəti 1.27 trilyon dollara çatıb. Mask bir gündə 164 milyard dollar dəyərində varlanıb - siyahının digər 499 üzvünün aktivlərlərinin dəyərindəki artım təxminən eyni nisbət təşkil edib. İkinci yeri tutan Larri Peyc 314 milyard dollarlıq aktivlərə, Sergey Brin 292 milyard dollar, Ceff Bezos 267 milyard dollar, Larri Ellison 247 milyard dollarlıq aktivlərə sahibdir.

İyunun 15-də ticarətin sonunda "SpaceX"in kapitalizasiyası 2.5 trilyon dollara çatıb, iyunun 16-da keçirilən ilkin sessiyada onun qiymətli kağızları daha 10% artıb.

"Bloomberg"in qeyd etdiyinə görə, reytinqdə sonuncu yerləri bölüşən 10-a yaxın adam hazırda 7.9 milyard dollara sahibdir ki, bu, milyarderlərin elit siyahısına daxil olmaq üçün tarixdə ən yüksək həddir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 Bütün Xəbərlər