Bakıda GlobE Şəbəkəsinin Plenar İclası davam edir

Bakıda GlobE Şəbəkəsinin Plenar İclası davam edir
21.05.2025 18:53 Xarici siyasət

Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclas 2025-ci il 20–23 may tarixlərində Bakı şəhərində təşkil olunub.

TodayPress TV xəbər verir ki, mötəbər beynəlxalq tədbirə 92 ölkədən 120-dən artıq dövlət qurumunu təmsil edən nümayəndələr, o cümlədən prokurorluq orqanları, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar toplaşıb. Ümumilikdə 300-dən çox nümayəndə tədbirdə fiziki olaraq iştirak edib, 60-dan artıq iştirakçı isə iclası onlayn formatda izləyib. Plenar iclas çərçivəsində yüzdən artıq təqdimatın keçirilməsi nəzərdə tutulub.

Tədbirin proqramına uyğun olaraq, mayın 21-də GlobE Şəbəkəsinin 2024-cü il üzrə fəaliyyət hesabatı və 2025-ci il üzrə iş planı Plenara təqdim olunub və müzakirələrdən sonra təsdiq edilib.

Bununla yanaşı, Avropa İttifaqının Cinayət Ədliyyəsi Əməkdaşlıq Agentliyi (EUROJUST) və Afrika Baş Dövlət Müfəttişlikləri və Oxşar Qurumların Forumunun (FIGE) müşahidəçi statusu ilə GlobE Şəbəkəsinə qoşulması məsələsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Plenar iclasda bir sıra beynəlxalq təşkilatların nümayəndələri – Avropa Prokurorluğu Təşkilatının (EPPO) rəhbərinin müavini Petr Klement, IAACA-nın Baş Katibi Chin Kit Cheung, IACA-nın nümayəndəsi Samuel De Jaegere, IAP-ın Baş Müşaviri Şenaz Muzaffer və INTERPOL-un İcraçı Direktoru Darrin Cons təmsil etdikləri qurumların korrupsiyaya qarşı fəaliyyəti barədə təqdimatlar ediblər.

GlobE Şəbəkəsinin üzvləri arasında birbaşa məlumat mübadiləsinə dair Rəhbər Prinsiplər və tətbiq olunan formalar müzakirə olunub, UNODC eksperti Draqo Kos məlumat mübadiləsinə dair Nümunəvi Saziş layihəsindəki yeniliklər barədə məlumat verib.

Korrupsiyaya qarşı əməliyyat-axtarış tədbirlərinin texniki və taktiki aspektlərinə dair Hindistan, Çin və Uqanda nümayəndələri praktiki təcrübələrini bölüşüblər.

Daha sonra “korrupsiya cinayətləri törətmiş şəxslərə digər ölkələrdə sığınacaq verilməsinin yolverilməzliyi” mövzusunda beynəlxalq hüquqi müddəalar və dövlətlərin təcrübələri üzrə təqdimatlar dinlənilib. Sessiyaya UNODC-nin Regional Müşaviri Vladimir Kozi moderatorluq edib.

“Şübhəli maliyyə hesablarından ödənişlərin dayandırılması: Cinayət işlərində şübhəli bank hesablarının sürətli dondurulması” mövzusunda keçirilmiş sessiyada isə Koreya, Qazaxıstan və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Bundan əlavə, vergi korrupsiyası, əmlakın bərpası və digər aktual mövzulara dair paralel tədbirlər, vorkşoplar və ikitərəfli görüşlər təşkil olunub.

XƏBƏR LENTİ
17 IYUN 2026
Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 Bütün Xəbərlər