Ceyhun Bayramov AQEM-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak etdi

Ceyhun Bayramov AQEM-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak etdi
25.09.2025 20:00 Xarici siyasət

Sentyabrın 25-də Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

TodayPress TV xəbər verir ki, iclas zamanı AQEM Üzv Dövlətlərinin xarici işlər nazirləri və digər yüksək səviyyəli nümayəndələri tərəfindən 2024-cü ilin dekabrından etibarən Azərbaycanın AQEM-də Sədrliyi dövründə əldə olunmuş tərəqqi müzakirə olunub, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının sədri qismində açılış nitqi ilə çıxış edərək Sədrliyin müxtəlif sahələr, o cümlədən bağlantılar, rəqəmsallaşma və dayanıqlılıq istiqamətləri üzrə müəyyən olunmuş strateji prioritetlərini vurğulayıb.

Nazir çıxışında AQEM-in institusional inkişafı və onun tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi istiqamətində göstərilən səylər və əldə olunan tərəqqi barədə məlumat verib.

Bu çərçivədə, AQEM üzv dövlətlərinin ali təhsil müəssisələri arasında innovativ əməkdaşlıq platforması olan AQEM Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, AQEM Biznes Şurası və Biznes Forumunun, habelə 13-cü AQEM Beyin Mərkəzləri Forumunun Azərbaycanda uğurla təşkil edilməsi vurğulanıb.

Nazir həmçinin Azərbaycanın əsas təşəbbüslərinin, o cümlədən AQEM Qadınlar Şurasının yaradılması kimi flaqman təşəbbüsün və AQEM Maliyyə Sammitinin təsis olunması istiqamətində əldə olunmuş irəliləyişin əhəmiyyətinə diqqət çəkib. Sözügedən yeni məsləhətçi orqanların yaradılmasının üzv dövlətlər arasında tematik əməkdaşlığı gücləndirəcəyi bildirilib.

AQEM Baş katibi və AQEM-ə üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri bəyanatlarla çıxış ediblər. Natiqlər Azərbaycan Sədrliyinin nümunəvi liderliyini, baxışını və AQEM-i gücləndirməyə sadiqliyini yüksək qiymətləndiriblər.

Üzv Dövlətlər AQEM çərçivəsində institusionallaşma və nəticəyönümlü qarşılıqlı fəaliyyətin təşviqində Sədrliyin səylərinə diqqət çəkiblər. Onlar əsas layihələrin irəliyə aparılmasında Azərbaycanın göstərdiyi təşəbbüslərə görə minnətdarlıqlarını ifadə ediblər və bu təşəbbüslərin Asiya boyunca dialoq, etimad quruculuğu və çoxtərəfli əməkdaşlıq platforması kimi AQEM-in effektivliyini əhəmiyyətli dərəcədə artıracağını bildiriblər.

İclas əlamətdar qərarların qəbulu, xüsusilə iki yeni məsləhətçi orqanının – AQEM Maliyyə Sammiti və AQEM Qadınlar Şurasının yaradılması ilə yekunlaşıb.

Nazirlər Şurası həmçinin İkinci Dünya Müharibəsinin bitməsi və Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80-ci ildönümü münasibətilə bəyanatlar qəbul edib. Bu bəyanatlar vasitəsilə AQEM-ə üzv dövlətlər İkinci Dünya Müharibəsində qələbə üçün verilmiş tarixi qurbanları ehtiramla anıblar və çoxtərəfliliyə sadiqliklərini bir daha təsdiq ediblər. Onlar Asiyada və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqində AQEM-in dialoq, etimad quruculuğu və əməkdaşlıq platforması kimi rolunu vurğulayıblar. Nazirlər Şurasının Bəyanatında Azərbaycanın AQEM Sədrliyinin səyləri yüksək qiymətləndirilib.

Azərbaycan 2024-cü ilin dekabr ayından başlayaraq iki il müddətinə 28 dövlətin üzv olduğu Asiyanın ən böyük regional platforması AQEM-də sədrlik edir. Müxtəlif çoxtərəfli formatlarda nümunəvi liderliyin davamı olaraq Azərbaycanın AQEM sədrliyi "Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf" şüarı altında AQEM regionunda dialoq və nəticəyönümlü əməkdaşlığın təşviqini prioritet olaraq elan edib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər