Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər
Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-ü Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında çıxışı zamanı məlumat verib.
Dövlət başçısı qeyd edib:
"Bu gün slovakiyalı həmkarımla birgə Ağdamın Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkətinin icra etdiyi Ağıllı kənd layihəsi ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz tövhfəyə görə sizə bir daha təşəkkürümü bildirmək istəyirəm".
Prezident İlham Əliyev qeyd edib ki, səfər sabah Bakıda davam etdiriləcək:
"Dəvətimi qəbul etdiyi üçün cənab prezidentə təşəkkür edirəm. Bu bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir. Əminəm ki, bu münasibətlər uğurla davam edəcək. Biz konkret işlərin tərəfadarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox önəm verir. Deyə bilərəm ki, son illər ərzində güclü tərəfdaşlıq yaradılıb".