Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
25.06.2026 20:25 Xarici siyasət

Haaqada Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Niderland Krallığının XİN-i arasında siyasi məsləhətləşmələr keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Niderland nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Marsel de Vink rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və inkişafı perspektivləri, bu çərçivədə həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, habelə regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.

Tərəflər siyasi dialoqun dərinləşdirilməsi məqsədilə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsinin, müntəzəm təmasların davam etdirilməsinin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün prioritet istiqamətlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin xalqlararası əlaqələrin möhkəmləndirilməsi məqsədilə mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə məlumat təqdim olunub.

Tərəflər beynəlxalq gündəlikdə dayanan məsələlər ətrafında fikir mübadiləsi aparıb, çoxtərəfli platformalarda əməkdaşlıq, irəli sürülmüş namizədliklərin qarşılıqlı dəstəklənməsi ilə bağlı mövqelərini bölüşüblər.

Məsləhətləşmələrdə, habelə qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində F. Rzayev, həmçinin Niderlandın bir sıra rəsmiləri ilə görüşlər keçirib, eləcə də aparıcı beyin mərkəzlərinin təşkil etdiyi dəyirmi masada iştirak edib.

TodayPress TV

NEWS FEED
25 JUNE 2026
İlham Əliyev Azərbaycan Ordusu ilə bağlı paylaşım etdi 23:11 İsrail Prezidentinin helikopteri quşlarla toqquşdu 22:45 Zelenski TƏSDİQLƏDİ - Müharibənin taleyini dəyişəcək 40 gün! 22:54 Sertifikasiya imtahanında iştirak edən müəllimlərin sayı açıqlandı 21:29 BMT dənizçilərin təxliyəsi planını DAYANDIRDI - Səbəb nədir? 22:36 Ermənistana növbəti dəfə 26 vaqon yanacaq göndəriləcək 21:58 Venesuelada ölənlərin son sayı açıqlandı 22:16 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək 22:16 Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olundu 22:08 Aİ-yə ağır maliyyə yükü: İldə 3 milyard avro faiz ödənəcək 21:19 Messi-Ronaldo dueli qapıda: Hər şey son turdan asılıdır 21:53 Azərbaycanla Gürcüstan sərhədində nə baş verir? - Açıqlama yayıldı 21:53 Azərbaycanda DƏHŞƏT: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı 21:08 Çin enerji sahəsində yeni rekorda imza atdı - 4 milyard... 21:14 Bu rayonda qaz OLMAYACAQ 20:12 ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqinə qarşı çıxdı 21:04 Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ 20:19 Ərdoğanı üçüncü dəfə hakimiyyətə aparacaq plan AÇIQLANDI 21:02 ABŞ İrana qarşı yönələn strateji bombardmançılarını geri çəkir 20:58 İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovla danışdı 20:54 Sabirabadda ağır qəza: Xəsarət alanların son durumu açıqlandı 20:44 Fransanın enerji nəhəngi iki atom reaktorunu dayandırdı - Səbəb... 19:53 Abituriyentləri narahat edən təklif: Haqqını tələb etmək ödənişli olacaq? 20:30 "Qarabağ" onunla müqavilə imzaladı 20:16 Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi 20:25 All News