Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH

Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH
13.08.2026 10:45 Təhlil

“Zəngəzur dəhlizinin yaradılması həm tarixi zərurət, həm də mühüm strateji əhəmiyyət daşıyan layihədir. Azərbaycan uzun illərdir ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında etibarlı kommunikasiyanın yaradılmasında maraqlı olub. Bu istiqamətdə siyasi iradə 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması ilə nümayiş etdirildi”. 

Bunu politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, üçtərəfli bəyanatın 9-cu bəndində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların yaradılması məsələsinin əksini tapması Zəngəzur dəhlizinin formalaşdırılması baxımından mühüm tarixi mərhələdir. 

“Zəngəzur dəhlizi böyük bir coğrafiyada yeni nəqliyyat və kommunikasiya imkanları yaradacaq və gələcəkdə beynəlxalq əhəmiyyətli marşruta çevriləcək. Dəhliz Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm komponenti kimi çıxış edəcək”, – politoloq vurğulayıb. 

Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən 42 kilometrlik hissə ilə yanaşı, Naxçıvan ərazisində dəmir yolu infrastrukturunun reabilitasiyası layihənin əhəmiyyətini artırır. Bu marşrut Mərkəzi Asiya və Çindən Xəzər dənizi, Azərbaycan, Naxçıvan və Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanı yarada bilər. 

Ekspert beynəlxalq investorlardan ibarət konsorsiumun yaradılmasının da əhəmiyyətli olduğunu qeyd edib. 

O, bildirib ki, Çin, Mərkəzi Asiya və Avropa ölkələrinin layihədə iştirakı həm investisiya imkanlarını genişləndirə, həm də dəhlizin təhlükəsizliyi və davamlı fəaliyyətinə əlavə təminat yarada bilər.

Politoloq, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan layihənin reallaşdırılmasında beynəlxalq investorlardan asılı deyil və Naxçıvandakı dəmir yolu infrastrukturunu öz imkanları hesabına da bərpa edə bilər.  

Elşad Mirbəşiroğlu əlavə edib ki, Zəngəzur dəhlizinin gələcəkdə yalnız nəqliyyat deyil, enerji və rəqəmsal kommunikasiya imkanlarını da özündə birləşdirən çoxfunksiyalı marşruta çevrilməsi gözlənilir. 

“Bu layihə reallaşdığı təqdirdə Azərbaycanı Mərkəzi Asiya, Çin, Türkiyə və Avropa arasında nəqliyyat, enerji və rəqəmsal əlaqələrin mühüm qovşaqlarından birinə çevirəcək”, – deyə politoloq fikrini sonlandırıb.

Jalə Rövşən  

FOTOLAR

Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH   — 1
XƏBƏR LENTİ
13 AVQUST 2026
Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 İran Trampın təyyarəsini vurmaq istəyib? - ŞOK SSENARİ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 Xocalıda insan sümüyünə bənzər qalıqlar tapıldı 11:40 Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar! 11:29 Tarixin ən isti avqustunu yaşayırıq 11:22 Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 Başqırdıstanda "Wildberries"in böyük anbarı yanır -VİDEO 10:14 Azərbaycan dueti zirvədə: Türkiyədə bütün rəqiblərə qalib gəldilər! 10:05 Bakı - Tbilisi qatarında müəmma: Nə baş verir? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Dünya bazarında Azərbaycan nefti ilə bağlı yenilik 09:30 Bakının mərkəzində obyekt yandı, mənzillərə də ziyan dəydi 09:13 “PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır 09:24 Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə 09:00 64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək 09:15 Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı 08:56 “Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro! 08:54 Rusiyada neft emalı zavoduna PUA hücumu: Partlayış və yanğın baş verdi - VİDEO 08:51 Bütün Xəbərlər