Azərbaycan-Özbəkistan Ekspert Şurasının II iclası keçirildi

Azərbaycan-Özbəkistan Ekspert Şurasının II iclası keçirildi
04.06.2025 12:14 Xarici siyasət

Azərbaycan-Özbəkistan Ekspert Şurasının II iclası keçirilib.

TodayPress TV xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Respublikası Prezidentinin yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutu (ISMI) tərəfindən birgə təşkil olunan tədbirin əsas mövzusu “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri” idi.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev Azərbaycan və Özbəkistan arasında dərin tarixi bağlar və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin sürətli inkişafına diqqət çəkərək iki ölkənin regional və beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış etdiyini, qlobal platformalardakı səmərəli ortaq fəaliyyətini vurğuladı.

“Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə prinsipial dəstək ifadə edən, ölkəmizə ilk təbrik ünvanlayan ölkələrdəndir. Özbəkistan təkcə sözdə deyil, praktiki olaraq dəstəyini bildirib. Belə ki, azad edilmiş torpaqlarda-Füzuli şəhərində Özbəkistanın maliyyə dəstəyi ilə tikilən müasir məktəb bu dəstəyə praktiki töhfədir”.

Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru

Eldor Aripov çıxışında son illərdə dövlət başçılarının siyasi iradəsi nəticəsində ikitərəfli əməkdaşlığın strateji səviyyəyə çatdığını qeyd edib. 

“Ölkələrimiz üçün təkcə ikitərəfli əməkdaşlıq deyil, həm də “Mərkəzi Asiya - Cənubi Qafqaz” formatında regional əlaqələrin fəallaşdırılması üçün perspektivlər açılır. Özbəkistan və Azərbaycan bu əməkdaşlığın inkişafına yön verə biləcək lokomotivə çevrilə bilər”.

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri

Səfir Baxrom Aşrafxanov siyasi-diplomatik, iqtisadi və mədəni sahələrdə dinamik inkişaf edən əlaqələrə və onların müqavilə-hüquq bazasına diqqət çəkdi. 

“Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı Özbəkistanın əsas xarici siyasət prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində aparılan genişmiqyaslı islahatlar göz önündədir”.

Ekspert Şurası çərçivəsində “Özbəkistan və Azərbaycanın çoxşaxəli əməkdaşlığının genişləndirilməsi: aqrosənaye əməkdaşlığı, “yaşıl” energetika və rəqəmsallaşma” mövzusundakı müzakirələrdə Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədr müavini Rəna Hümbətova, Özbəkistan Prezidenti Administrasiyası yanında İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Xəkimov, STEM araşdırmalar mərkəzinin direktoru Orxan Yolçuyev, “IT Park Uzbekistan”ın biznesin inkişafı direktoru Caxongir Racabov çıxış ediblər.

 

"Mərkəzi Asiya və Cənubi Qafqazın dayanıqlı inkişafında Özbəkistan və Azərbaycan arasında nəqliyyat-logistika inteqrasiyasının rolu" mövzusundakı ikinci paneldə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Şöbəsinin direktoru Azər Əliyev, “Nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması strategiyası” layihəsinin rəhbəri, “Özbəkistan Dəmir Yolları” ASC sədrinin birinci müavininin müşaviri Umidulla İbragimov çıxış edərək, regional nəqliyyat dəhlizlərinin rəqəmsallaşması və dayanıqlı inkişafda oynadığı rolu vurğulayıblar.

“Elmi və təhsil əməkdaşlığının dərinləşdirilməsi vasitəsilə insan kapitalının inkişafı” mövzusundakı paneldə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının dosenti Fərhad Hüseynov, Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiya Nazirliyinin idarə rəisi Fazlıddin Muminov, BMTM-in aparıcı məsləhətçisi Roza Bayramlı, Özbəkistan Respublikası Prezidentinin yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun (ISMI) şöbə müdiri Milana Bazarova çıxış edərək, ortaq təhsil proqramları, tələbə və tədqiqatçı mübadiləsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Yekunda Eskpert Şurasının ikinci iclasının növbəti mərhələlər üçün birgə fəaliyyət planlarının formalaşdırılmasının vacibliyi qeyd edilib.

XƏBƏR LENTİ
31 IYUL 2026
Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 Bütün Xəbərlər