Qərbi Azərbaycan ABŞ konqresinin diqqətində

Qərbi Azərbaycan ABŞ konqresinin diqqətində
23.06.2026 13:43 Xarici siyasət

24 iyunda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Konqres binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

TodayPress TV xəbər verir ki, Bakı Təşəbbüs Qrupundan APA-ya verilən xəbərə görə, bu, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqresində keçirilən ilk belə tədbirdir.

Bildirilib ki, konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə mütəxəssislər, etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqiblərə məruz qalmış diaspor təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və zərərçəkmiş icmaların nümayəndələri iştirak edəcək.

Konfrans iştirakçıları etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının nümunəsində fundamental hüquqlarının – öz tarixi torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququnun tanınmasının beynəlxalq təşkilatların diqqət mərkəzində daim saxlanılması məsələsini müzakirə edəcəklər.

Ermənistanda qalan Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi, qeyd olunan pozuntuların BMT və onun aidiyyəti strukturları çərçivəsində beynəlxalq hesabatlılıq və monitorinq mexanizmlərinə çıxarılması, yerində araşdırılması və sənədləşdirilməsi, bu məqsədlə faktaraşdırıcı missiyaların cəlb olunması, eləcə də xüsusi məruzəçilər və digər beynəlxalq mandat sahibləri səviyyəsində araşdırma və hesabatlılıq mexanizmlərinin işlənib hazırlanması imkanları ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə həmçinin, müstəmləkəçilikdən əziyyət çəkən xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi, xüsusilə, koloniyaların BMT-nin Dekolonizasiya edilməli olan Özünüidarəetməyən Ərazilər siyahısına salınmasının BMT-nin gündəliyinə salınması məsələləri ətrafında müzakirələr aparılacaq.

Qeyd edilib ki, XX əsr boyunca Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisində yerləşən tarixi torpaqlarından bir neçə mərhələdə — 1905–1906, 1918–1920, 1948–1953 və 1987–1991-ci illərdə sistemli şəkildə zorla çıxarılmış və etnik təmizləməyə məruz qalıblar. Bu proses nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin salınmış, çoxsaylı insan qətlə yetirilmiş, işgəncələrə və qeyri-insani rəftara məruz qalmış, ailələrin sosial-mənəvi və iqtisadi dayaqları dağıdılıb:

“Etnik təmizləmə siyasəti yalnız azərbaycanlı əhalinin fiziki olaraq tarixi torpaqlarından uzaqlaşdırılması ilə məhdudlaşmayıb, eyni zamanda onların əsrlər boyu formalaşmış mədəni, dini və tarixi irsinin silinməsinə yönəlib. Ermənistanda qalan Azərbaycan xalqına məxsus məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar və digər maddi-mədəni irs nümunələri dağıdılmış, təhqir olunmuş və ya mənimsənilmiş, 2000-dən çox Azərbaycan mənşəli toponim dəyişdirilərək erməniləşdirilmiş, bununla da tarixi yaddaşın və bölgənin etnik-mədəni kimliyinin saxtalaşdırılmasına yönəlmiş sistemli siyasət həyata keçirilmişdir.

1951-ci il Qaçqınların Statusu haqqında Cenevrə Konvensiyası qayıdış hüququnu etnik təmizləmə nəticəsində didərgin salınmış şəxslərin hüquqlarının bərpasını beynəlxalq hüququn mühüm tələblərindən biri kimi təsdiqləyir.

Bu baxımdan, indiki Ermənistan ərazisindən zorla çıxarılmış Qərbi azərbaycanlıların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə öz tarixi yurdlarına qayıdışının təmin edilməsi, onların mənzil, torpaq, əmlak, mədəni və dini irs üzərində hüquqlarının bərpası Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti kontekstində qiymətləndirilməlidir”.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Rubio: "Livan məsələsi İran sazişindən tamamilə ayrı tutulacaq" 21:17 İlham Əliyevindən Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı paylaşım 21:51 Bu il keçid balları enəcək? - DİM sədri AÇIQLADI 21:41 İsrailin ABŞ-dəki səfiri atəşkəs danışıqlarını "qatar qəzası" adlandırdı 21:12 Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək 21:10 Rubio Əbu-Dabiyə eniş etdi - Nələr müzakirə ediləcək? 21:03 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirildi 21:13 "Qiymətlərlə nəticələr arasında uyğunluq yoxdur" - Məleykə Abbaszadə 21:54 Ərdoğan: "Polşa ilə ticarət dövriyyəsini artırmaq niyyətindəyik" 21:02 "Raketlərin adı belə çəkilmir" - Şahbaz Şərif anlaşma memorandumundan danışdı 20:57 İsmayıllıda faciə: Kişi ekskavatorun altında qalaraq öldü 20:38 Cozef Aun: "Beşinci raund həlledici ola bilər" 19:47 Vaşinqtondan yeni addım: Livan və İranla birgə nəzarət mexanizmi qurulur 20:28 Ermənistanla Azərbaycan sərhədi bu tarixdə açıla bilər - Kostanyan 20:18 Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı 20:09 Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşdü 19:32 İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirildi 19:35 Rusiya İstanbul razılaşmaları əsasında danışıqlara hazırdır - Putin açıqladı 19:14 Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü 18:30 Pezeşkian ABŞ və İsrail zərbələrindən sonra ilk səfərini reallaşdırdı 18:40 Tehranda 3 günlük tətil: Xameneinin dəfn proqramı açıqlandı 18:45 İran ölkə daxilində hava nəqliyyatını bərpa edir 18:17 PA Vətəndaş Qəbulu Mərkəzinin iyul ayı üçün cədvəli açıqlandı 18:24 Azərbaycan nümayəndə heyəti Özbəkistanda 18:08 Türkiyədə silah-sursat anbarı partladı - Ölənlər var 17:51 Bütün Xəbərlər