Türkiyənin su altı dünyasına səyahət

Türkiyənin su altı dünyasına səyahət
20.06.2025 15:39 Turizm

Türkiyə səyyahları təkcə füsunkar sahilləri ilə deyil, ilboyu büllur kimi şəffaf sularının altında gizlənən ecazkar aləmi ilə də valeh edir.

TodayPress TV xəbər verir ki, zəngin biomüxtəlifliyə malik olan bu ölkənin sualtı dünyası – mərcan rifləri, rəngarəng balıqlar, dəniz tısbağaları, yosunlar və daha nələr-nələr – kəşf etməyə dəyər bir xəzinədir. Qayalıqların arasında uzanan rəngarəng riflər, sirli mağaralar və maraqlı tunellər dalğıcları tamamilə fərqli bir aləmə aparır.

Bundan əlavə, Türkiyənin sularında bir zamanlar baş vermiş müharibələrin izlərini daşıyan batmış gəmilər və sirli qalıqlar da bu qeyri-adi təcrübəyə dramatik bir dərinlik qatır. İstər ilk dəfə dalış edən bir həvəskar, istərsə də illərin təcrübəsinə sahib peşəkar olun – Türkiyə hər səviyyədə dalğıc üçün unudulmaz və fərqli təcrübələr vəd edir.

Kaş: Batmış gəmilər arasında yaşayan dəniz inciləri

Antalyanın cənubunda yerləşən Kaş yay mövsümünün ən cazibədar istirahət məkanlarından biri olmaqla yanaşı, Türkiyə sahillərinin dalğıc cənnəti hesab olunur. Dünyanın ən yaxşı 10 dalğıc məntəqəsindən biri kimi tanınan Kaşda adalardan və qayalıqlardan tutmuş riflərə, sualtı uçurumlara və kanyonlara qədər 20-dən çox dalış nöqtəsi mövcuddur.

Kaşın sualtı həyatında o qədər canlılıq var ki, buraya baş vuran dalğıclar dəniz tısbağası, barakuda, skat və qrup balığı kimi müxtəlif növlərlə qarşılaşa bilirlər. Ərazi eyni zamanda Aralıq dənizinin nadir monax suitilərinin yaşadığı qorunan mağaralara da ev sahibliyi edir.

Bununla yanaşı, Kaş sualtı batıqları ilə həm tarix, həm də macəra axtaranlar üçün ideal məkandır. Ən diqqətçəkən batıqlar arasında Kanyon bölgəsində yerləşən “Dimitri” yük gəmisi, İkinci Dünya Müharibəsinə aid İtalyan bombardmançısı və C-47 tipli hərbi yük təyyarəsi (Dakota) yer alır.

Fethiye: Egey və Aralıq dənizinin qovuşduğu sakit bir sığınacaq

Əgər həm gözəl təbiət, həm də həyəcanverici macəraların bir araya gəldiyi mükəmməl bir istirahət məkanı axtarırsınızsa, Muğlanın Fethiye bölgəsi tam da sizin üçün nəzərdə tutulub. Fethiyenin firuzəyi rəngli sularının altında mərcanlarla örtülü sualtı tağlar, sirli tunellər və nağılları xatırladan canlılarla dolu dik yamaclar yerləşən heyranedici bir dünya uzanır.

Kızıl Ada (Qırmızı Ada) yaxınlığında yerləşən təbii sualtı amfiteatr kəşf olunmaq üçün sizi gözləyir. Aquarium Körfəzi isə adının haqqını verir – o qədər şəffaf sulardır ki, gecə dalışı üçün belə ideal seçim sayılır. Afkule isə dəniz borazanı anemonları, kahı mərcanları, dəniz xiyarları və zərif dantel mərcanları ilə bəzədilmiş sehrli bir mağarada unudulmaz dalış təcrübəsi təqdim edir.

Yaxınlıqda yerləşən “Türk Hamamı” adlı dalış nöqtəsi – yarıaçıq mağara – günəş şüalarının suda yaratdığı təbii işıq oyunları ilə sanki şəxsi hovuzda olduğunuzu hiss etdirir. Fethiye həmçinin Aralıq dənizinin ən qədim amfora sahələrindən birinə, Barracuda rifinə və məşhur Üç Tunel dalış nöqtəsinə də ev sahibliyi edir.

Bodrum: Sualtı dünya və kulinariya zövqlərinin kəsişdiyi məkan

Muğlanın Bodrum şəhəri, sakit və zərif lüks ilə bohem rahatlığının mükəmməl vəhdətidir və unikal mənzərələr axtaran dalğıclar üçün də ideal məkan sayılır. Bodrumda batıqlar, mağaralar, dərin yamaclar və skatlar, barakudalar, tuna balıqları, muray ilanları və ahtapotlarla zəngin olan riflərdən ibarət 20-dən çox dalış nöqtəsi var.

Sadəcə 200 metr aralıda yerləşən Böyük və Kiçik Riflər rəngarəng sualtı həyatları ilə dalğıclar arasında xüsusilə məşhurdur. Qaraada yaxınlığındakı Delikli Mağara isə bənzərsiz bənövşəyi və sarı sualtı formasyonları ilə valehedir. Orak Adası unudulmaz divar dalışı üçün möhtəşəm sualtı relyefi vəd edir. Tarixi batıqlar arasında əvvəlki Türk Hərbi Dəniz Donanmasına aid su tankerindən tutmuş, keçmiş Türk Hərbi Hava Qüvvələrinə məxsus paraşüt təyyarəsinə qədər maraqlı nümunələr var.

Bodrum Sualtı Arxeologiyası Muzeyi isə dəniz macəralarını daha da zənginləşdirir , burada Kaşın məşhur Uluburun batığının orijinal qalıqları da sərgilənir.

Günəş batdıqdan sonra isə Bodrumun kulinariya səhnəsi parıldayır; xüsusilə regionun zəngin ləzzətlərini və dünya mətbəxinin incəliklərini təqdim edən Mişlen ulduzlu restoranlar burada xüsusi diqqət çəkir.

Çanakkale: Tarixin dərinliklərində dalğıc macərası

Çanakkalenin sahillərində dalğıc tarixi ilə vəhdət təşkil edir və şəhəri sualtı arxeologiya və tarix həvəskarları üçün unikal məkana çevirir. Saros körfəzinə xas güclü axınlar rəngarəng rifləri, hündür qayalıqları və 200-dən çox dəniz canlısını üzə çıxarır, həmçinin 188 tonluq “Lundy” kimi diqqətçəkən batıqlar burada yerləşir.

Digər tərəfdən, Birinci Dünya Müharibəsinin mühüm döyüş meydanı olmuş Qallipoli indi tarixi sualtı park kimi qorunur. Qallipoli Tarixi Sualtı Parkında Dardanel boğazının müxtəlif dərinliklərində 14 fərqli gəmi batığı mövcuddur, bunlar arasında müharibə dövrünə aid “SS Milo” və “HMS Majestic” kimi batıqlar yer alır.

Səth üzərində isə tarix qədim Truva şəhəri və mükafatlı Truva Muzeyi ilə davam edir, burada Homer mifləri və arxeologiya güclü bir hekayə olaraq birləşir.

XƏBƏR LENTİ
20 AVQUST 2026
Banqladeşdə yeni prezident seçildi 16:53 Ben Qurion Hava Limanı iflic oldu: 107 min sərnişin təhlükə qarşısında 16:24 Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı! 17:08 Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 Bütün Xəbərlər