Azərbaycanda benzin və dizelin qiyməti bahalaşa bilər?

Azərbaycanda benzin və dizelin qiyməti bahalaşa bilər?
15.08.2026 10:44 Təhlil

Azərbaycanda avtomobil yanacağına xərclənən vəsaitin həcmi açıqlanıb. 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində benzin və dizel satışından 2,3 milyard manatdan çox gəlir əldə edilib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur.

Yanacağa xərclərin artması gələcəkdə benzin və dizelin qiymətinə təsir göstərə bilərmi?

TodayPress TV xəbər verir ki, neft və qaz məsələləri üzrə ekspert İlham Şaban "Globalinfo.az"a açıqlamasında ilin əvvəlindən yanacağın qiymətində cüzi artımın müşahidə olunduğunu deyib.

“Digər tərəfdən, avtomobillərin sayı hər ay artır. Ölkəyə yeni nəqliyyat vasitələri idxal edilir və onların işləməsi üçün də yanacaq lazımdır. Beləliklə, ölkə üzrə yanacağa çəkilən xərclər də artır. Bütün bu göstəricilər normal qaydada Dövlət Statistika Komitəsi tərəfindən qeydə alınır”.

İqtisadçı Eyyub Kərimli isə məsələyə belə münasibət bildirib:

“Hər bir məhsulun qiymətinə onun maya dəyərinə təsir edən amillər var. Azərbaycanda dizel və Aİ-92 markalı benzin istehsal olunur. Benzinin istehsalında istifadə olunan texnologiyalar da nəzərə alınmalıdır. Bəzi premium yanacaq məhsulları isə xarici dövlətlərdən idxal edilir. Bu məhsulların qiyməti də idxal prosesi ilə bağlıdır”.

Ekspert qeyd edib ki, müharibə səbəbindən Rusiyanın neft emalı zavodlarına ciddi ziyan dəyib:

“Bütün bunlar ölkəyə idxal olunan benzinin qiymətinə də təsir göstərə bilər. Hazırda neft məhsullarının qiymət artımına təsir edə biləcək amillər sabitdir. Qiymət artımı hələlik real görünmür. Lakin tələbat artarsa, bu, xaricdən idxalı şərtləndirə bilər və nəticədə qiymət artımına səbəb ola bilər”.

XƏBƏR LENTİ
15 AVQUST 2026
Ukraynanın “Patriot” ehtiyatı tükənir: NATO çıxış yolu tapa bilmir 12:37 İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarıldı 12:21 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 12:17 İspaniyada zəlzələ - Evlərə və maşınlara ziyan dəydi - VİDEO 12:08 Bakıda TIR aşdı: Dizel yola dağıldı - VİDEO 12:04 Bakı metrosunda 11 aylıq dəyişiklik: sərnişinləri nə gözləyir? 11:37 Bakıda yük avtomobili aşdı 11:30 Paracüdoçumuz Avropa çempionatında medal qazandı 11:45 Mağazanın tavanı uçdu, qadın dağıntılar altında qaldı - VİDEO 11:21 Zubir “Qarabağ”dan getdi – yeni klubu bəlli oldu 11:13 Rusiyanın əsas raket-kosmik mərkəzinə "Flamingo" hücumu - VİDEO 11:01 Hörmüz boğazında yük gəmisinə hücum edildi 10:36 Azərbaycanda benzin və dizelin qiyməti bahalaşa bilər? 10:25 Küləkli havada dənizə girənlərə XƏBƏRDARLIQ! 10:09 Astarada gənc qız evinin həyətində ölü tapıldı 10:03 Dünya Qadın Seriyasının Azərbaycandakı mərhələsi start götürür 09:54 Dünya bazarında neftin qiyməti yüksəldi 09:45 Premyer Liqada günün oyunları: “Araz-Naxçıvan” və “Sabah” meydana çıxır 09:40 9 ölkə Aİ-nin İrana qarşı sanksiya qərarına qoşuldu - SİYAHI 09:31 DİQQƏT!: Metronun “28 May” və “Nizami” stansiyaları arasında hərəkət dayandırıldı 09:19 İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb 09:12 Tramp benzinin bahalaşmasına görə amerikalılardan üzr istəmədi: "Düzgün iş görmüşəm" 01:28 Etna vulkanı püskürür, turistlər isə tamaşaya gəlir 01:41 Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı 00:42 Çiro İmmobile futbola vida etdi! 01:35 Bütün Xəbərlər