DİQQƏT!: Metronun “28 May” və “Nizami” stansiyaları arasında hərəkət dayandırıldı

DİQQƏT!: Metronun “28 May” və “Nizami” stansiyaları arasında hərəkət dayandırıldı
15.08.2026 09:14 Cəmiyyət

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.

TodayPress TV xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi planlaşdırılır.

Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun icra olunur.

Bakı metrosunun gələcək inkişafı üçün strateji zərurət olan layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.

Hazırda “28 May” stansiyasının platformasında fərqli istiqamətlərə gedən minlərlə sərnişin eyni sahəni paylaşır. Bu isə xüsusilə pik saatlarda normadan artıq yüklənməyə və sərnişinlərin qatarlara minib-düşməsində ciddi çətinliklərə səbəb olur.

Layihə tamamlandıqdan sonra “İçərişəhər” istiqamətinə gedən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedənlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər. Bununla yanaşı, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən və tikintisi artıq yekunlaşmaq üzrə olan ikinci sərnişin pilləkəni stansiyalar arasında daha rahat və sürətli keçidə imkan verəcək.

Metroda hərəkətin dayandırılması ilə əlaqədar sərnişin daşımalarında yarana biləcək əlavə yükün qarşılanması məqsədilə AYNA tərəfindən də dəstəkləyici tədbirlər görülüb.

Belə ki, AYNA tərəfindən bir gün əvvəl, avqustun 14-də 6 yeni ekspres avtobus marşrutu fəaliyyətə başlayıb.

M1 marşrutu “Elmlər Akademiyası” və “28 May” metrostansiyalarını, M2 “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyalarını, M3 “20 Yanvar”, “Nizami” və “28 May” stansiyalarını, M4 “20 Yanvar” və “Koroğlu” stansiyalarını, M5 “20 Yanvar” və “Gənclik” stansiyalarını, M6 isə “Elmlər Akademiyası” və “Gənclik” stansiyalarını birləşdirir.

Eyni zamanda, 20 müntəzəm marşrutda, yəni 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlarda avtobusların sayının artırılması həyata keçirilib.

Bundan başqa, bu gündən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil olunub. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib.



XƏBƏR LENTİ
15 AVQUST 2026
Astarada gənc qız evinin həyətində ölü tapıldı 10:03 Dünya Qadın Seriyasının Azərbaycandakı mərhələsi start götürür 09:54 Dünya bazarında neftin qiyməti yüksəldi 09:45 Premyer Liqada günün oyunları: “Araz-Naxçıvan” və “Sabah” meydana çıxır 09:40 9 ölkə Aİ-nin İrana qarşı sanksiya qərarına qoşuldu - SİYAHI 09:31 DİQQƏT!: Metronun “28 May” və “Nizami” stansiyaları arasında hərəkət dayandırıldı 09:19 İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb 09:12 Tramp benzinin bahalaşmasına görə amerikalılardan üzr istəmədi: "Düzgün iş görmüşəm" 01:28 Etna vulkanı püskürür, turistlər isə tamaşaya gəlir 01:41 Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı 00:42 Çiro İmmobile futbola vida etdi! 01:35 ABŞ lideri Harrisi yenidən namizəd göstərməyi təklif etdi 00:31 Bolqarıstanın F-16 arzusu 2030-a qaldı! 01:04 Tramp NATO-ya qəzəbləndi: "Biz bunu unutmuruq" 00:51 Sumqayıtda zəncirvari QƏZA: Altı avtomobil toqquşdu - VİDEO 01:19 "Qalatasaray" evdə heç-heçə ilə kifayətlənməli oldu! 00:56 Üzgüçümüz Süleyman İsmayılzadə Avropada 17-ci oldu! 00:37 Tramp Hörmüzü ABŞ-yə qatmaq istəyir 00:22 Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmadı 22:38 Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü! 23:50 Xorvatiyanı güclü meşə yanğınları bürüdü - VİDEO 23:35 İran yaxınlığında DƏHŞƏTLİ mənzərə: İki nəhəng neft ləkəsi yarandı! 23:28 "Nüvə silahlı ilk islam respublikası Britaniya olacaq" - Netanyahu 23:13 Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub 23:08 Kanada İranın yüksək vəzifəli rəsmilərinə sanksiya tətbiq etdi - Səbəb... 22:57 Bütün Xəbərlər