Bakı metrosunda 11 aylıq dəyişiklik: sərnişinləri nə gözləyir?

Bakı metrosunda 11 aylıq dəyişiklik: sərnişinləri nə gözləyir?
15.08.2026 12:10 Gündəm

Bakı yeni hərəkət sxemi tətbiq ediləcək.

TodayPress TV xəbər verir ki, bunu "APA"ya  açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O deyib ki, bu günə qədər Bakı metropoliteni bütün mümkün texniki tədbirləri görərək minimum intervalları təmin etmişdi: “Amma bundan sonraki dövrdə artıq dünya təcrübəsində də olduğu kimi, daha az intervalların təmin edilməsi istiqamətində prinsipial günün başlanğıcını deyə bilərik. Düzdür, qarşıdakı dövrdə artıq müəyyən məhdudiyyətlər olacaq. Sərnişinlərimiz 28 May, Nizami istiqamətində hərəkət edə bilməyəcəklər. Bir sözlə, qırmızı xətt üzrə İçərişəhər, Həzi Aslanov olmaqla qatarların hərəkəti təmin ediləcək. 28 May stansiyasının fəaliyyəti olduğu kimi qalacaq. Amma yaşıl xətt üzrə qatarların hərəkət prinsipi dəyişdirilir. Qatarlar Dərnəgül-Nizami istiqamətində hərəkət edəcək. Qırmızı xətt üzrə intervallar 2 dəqiqə 30 saniyə, yaşıl xətt üzrə hazırda 3 dəqiqə 30 saniyədir. Amma bundan sonraki dövr üzrə artıq monitorinqlərin daha da sıxlaşdırılması ilə axın istiqamətləri öyrəniləcək”.

Onun sözlərinə görə, həm intervalların azaldılması, həm də sərnişinlərin məlumatlandırılması istiqamətində əhəmiyyətli yeniliklər ediləcək: “Bu gündən etibarən Bakı metropolitenin stansiyalarında könüllülərin fəaliyyəti təmin olunacaq, eyni zamanda stansiyalara əlavə işçi qüvvəsi ayrılmaqla sərnişinlərin artıq giriş sahəsində məlumatlandırılması istiqamətində əhəmiyyətli tədbirlər görüləcək ki, hər hansısa bir çaşqınlıq bundan sonraki dövrdə müşahidə olunmasın. Tikinti işlərinin 11 ay ərzində davam etdirilməsi proqnozlaşdırır. Bu müddət ərzində sərnişinlərimiz Bakı metropolitenindən yan keçməklə yaşıl və qırmızı xətlər arasında hərəkət etmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilmiş 6 ekspres marşrut və eyni zamanda gücləndirilmiş 20 müntəzəm avtobus marşrutlarından istifadə edə bilərlər. Bütün bunların hər birisi ayrı-ayrılıqda monitorinqləri aparılaraq sərnişinlər üçün mümkün bütün rahatlıqların təmin olunması istiqamətində işlər də aparılacaq”.


XƏBƏR LENTİ
15 AVQUST 2026
İsrail Ordusu Livanı vurdu: ölənlər var 12:46 Ukraynanın “Patriot” ehtiyatı tükənir: NATO çıxış yolu tapa bilmir 12:37 İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarıldı 12:21 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 12:17 İspaniyada zəlzələ - Evlərə və maşınlara ziyan dəydi - VİDEO 12:08 Bakıda TIR aşdı: Dizel yola dağıldı - VİDEO 12:04 Bakı metrosunda 11 aylıq dəyişiklik: sərnişinləri nə gözləyir? 11:37 Bakıda yük avtomobili aşdı 11:30 Paracüdoçumuz Avropa çempionatında medal qazandı 11:45 Mağazanın tavanı uçdu, qadın dağıntılar altında qaldı - VİDEO 11:21 Zubir “Qarabağ”dan getdi – yeni klubu bəlli oldu 11:13 Rusiyanın əsas raket-kosmik mərkəzinə "Flamingo" hücumu - VİDEO 11:01 Hörmüz boğazında yük gəmisinə hücum edildi 10:36 Azərbaycanda benzin və dizelin qiyməti bahalaşa bilər? 10:25 Küləkli havada dənizə girənlərə XƏBƏRDARLIQ! 10:09 Astarada gənc qız evinin həyətində ölü tapıldı 10:03 Dünya Qadın Seriyasının Azərbaycandakı mərhələsi start götürür 09:54 Dünya bazarında neftin qiyməti yüksəldi 09:45 Premyer Liqada günün oyunları: “Araz-Naxçıvan” və “Sabah” meydana çıxır 09:40 9 ölkə Aİ-nin İrana qarşı sanksiya qərarına qoşuldu - SİYAHI 09:31 DİQQƏT!: Metronun “28 May” və “Nizami” stansiyaları arasında hərəkət dayandırıldı 09:19 İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb 09:12 Tramp benzinin bahalaşmasına görə amerikalılardan üzr istəmədi: "Düzgün iş görmüşəm" 01:28 Etna vulkanı püskürür, turistlər isə tamaşaya gəlir 01:41 Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı 00:42 Bütün Xəbərlər