Azərbaycan BMT tribunasından hansı mesajları verəcək? - ŞƏRH

Azərbaycan BMT tribunasından hansı mesajları verəcək? - ŞƏRH
23.09.2025 14:59 Təhlil

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin inkişafı, müxtəlif razılaşmaların əldə olunması baxımından böyük əhəmiyyət kəsb edir". 

Siyasi şərhçi Sultan Zahidov bu sözləri TodayPress TV-yə danışarkən deyib. 

Ekspert vurğulayıb ki, BMT Baş Assambleyası dövlətlərin öz məsələlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması üçün ən mötəbər platformadır.

"Artıq səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Ruminiya, Efiopiya və Surinamın xarici işlər nazirləri ilə görüşlər keçirib. Surinamla diplomatik və xidməti pasportlar üçün viza rejiminin ləğvi ilə bağlı razılaşma imzalanıb. Eyni zamanda, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Kaya Kallasla mühüm görüşlər baş tutub".

Analitik həmçinin bildirib ki, səfər çərçivəsində vacib iqtisadi əlaqələr qurulacaq:

"Prezident İlham Əliyev həmçinin bir sıra iri şirkətlərin rəhbərləri ilə görüşərək ölkəyə investisiya axını və regionun quruculuq işləri ilə bağlı razılaşmalar əldə etməyə çalışıb. BMT tribunasından Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurun bərpası, Ermənistanla sülh prosesi və Zəngəzur koridorunun geosiyasi əhəmiyyəti kimi mövzuların vurğulanacağı da gözlənilir".

Sultan Zahidov qeyd edib ki, Azərbaycan uzun illərdir balanslı xarici siyasət yürüdür, heç bir blokun üzvü deyil və bütün istiqamətlərdə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq aparır. ABŞ ilə  avqustun 8-də imzalanan razılaşma strateji tərəfdaşlığı möhkəmləndirir. Eyni zamanda qlobal güclərlə aparılan danışıqlar Azərbaycanın balanslı siyasətini göstərir.

Onun sözlərinə görə,  Azərbaycan həm iqtisadi əlaqələrin gücləndirilməsi, həm də bloklara qoşulmamaq siyasəti ilə ölkənin sabitliyini, inkişafını və təhlükəsizliyini təmin edir.

Qeyd edək ki, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının

Nyu-York şəhərinə səfər ediblər. 

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Azərbaycan BMT tribunasından hansı mesajları verəcək? - ŞƏRH — 1
XƏBƏR LENTİ
07 AVQUST 2026
Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 “Qarabağ” “Dinamo”ya uduzdu 22:59 Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 21:35 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 Qara dənizdə gəmi hücumları ARTIR- Türkiyə MTŞ toplandı 20:57 Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər 20:50 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var? 20:47 Hörmüz boğazında xidmət haqları necə hesablanacaq? – İran XİN-dən AÇIQLAMA 20:22 Bütün Xəbərlər