Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr...

Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr...
07.08.2026 10:00 Təhlil

"Ruben Vardanyanın Qarabağa göndərilməsi xüsusi missiya idi. Onun bioqrafiyası adi biznesmen, xeyriyyəçi və ya siyasi fəalın həyat yolu kimi nəzərdən keçirilə bilməzdi. Onun Azərbaycan torpaqlarında uzun illər hökm sürən işğala son qoyulması ərəfəsində qanunsuz separatçı idarəetməni qorumağa göndərilməsi mürəkkəb hərbi-siyasi əməliyyat kimi qiymətləndirilməlidir".

TodayPress TV xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina qərarı ilə onun Qarabağa gəlməsi və qısa müddət sonra qanunsuz rejimin “dövlət naziri” vəzifəsini tutması təsadüfi humanitar seçim adlandırıla bilməzdi:

“Vardanyan qapalı bölgəyə sahibkar və xeyriyyəçi kimi gəlməmişdi; Azərbaycanın suveren ərazisində qanunsuz siyasi idarəetmənin ömrünü uzatmağa çalışan xarici siyasi fiqur kimi regiona atılan desant idi.

Vardanyanın Qarabağa köçməsi Ermənistan cəmiyyətinə “milli fədakarlıq” və “humanitar xidmət” kimi təntənəli adlar və eyforik təhlillərlə təqdim edilirdi. Lakin hadisələrin ardıcıllığı başqa qənaətləri möhkəmləndirirdi. Rusiya–Ukrayna müharibəsindən sonra Rusiyanın iri biznes dairələri ağır sanksiya və siyasi təzyiqlərlə üzləşdiyi vaxt Vardanyanın Rusiya vətəndaşlığından çıxması, sərvət və nüfuzunun bir hissəsini “erməni milli missiyası”na yönəltməsi və beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olan Qarabağda yerləşməsi şəxsi qərar ola bilməzdi. Müharibə partiyası yeni layihə hazırlamışdı. Cəmi bir neçə il sonra hazırkı erməni hakimiyyəti layihənin təkcə Azərbaycan əleyhinə deyil, həm də İrəvanda rejimin dəyişdirilməsi planının tərkib hissəsi olduğunu etiraf etmişdi”.

Deputat bildirib ki, Vardanyan separatçı qurumun idarəçiliyində iştirak etməklə Azərbaycan dövlətinin Konstitusiya quruluşuna qarşı fəaliyyət göstərən qanunsuz siyasi sistemin vəzifəli şəxsinə çevrildi:

“Vardanyanın beynəlxalq reputasiyasının ən problemli hissələrindən biri “Troyka Laundromat” araşdırmasıdır. OCCRP-nin əldə etdiyi sənədlərə əsasən, “Troyka Dialoq” əməkdaşları tərəfindən yaradılan 76 şirkətdən ibarət ofşor sistem 2006-cı ildən 2013-cü ilin əvvəlinədək təxminən 4,6 milyard dollar qəbul edib. Şəbəkə pulların mənbəyini və həqiqi sahiblərini gizlətməyə imkan verən saxta şirkət və müqavilələrdən istifadə edirdi.

Sənədlər Vardanyanın özü və ailəsi ilə əlaqəli 3,2 milyon dollardan artıq ödənişin həmin şəbəkə şirkətləri vasitəsilə həyata keçirildiyini göstərir. Vəsaitlər arasında kredit kartı ödənişləri, ailə üzvlərinin hesablarına köçürmələr və uşaqlarının Böyük Britaniyadakı təhsil xərcləri də olub. OCCRP həmçinin Vardanyanın sistemdəki şirkətlərdən biri ilə bağlı sənəddə imzasının olduğunu müəyyən edib. Araşdırma dərc edilən zaman Vardanyana və “Troyka Dialoq”a qarşı rəsmi cinayət ittihamı irəli sürülməmişdi. Vardanyan isə əməliyyatların o dövrün Rusiya biznes praktikasında adi olduğunu, “Troyka Dialoq”un qanunlara uyğun işlədiyini və bankın bütün əməliyyatlarından xəbərdar olmadığını deyib. Deməli, “Vardanyan milyardlarla dolları şəxsən yuyub” hökmü tamamilə əsaslıdır”.

Zahid Orucun sözlərinə görə, yeni açıqlanan Epşteyn sənədlərində Ceffri Epşteynin “Deutsche Bank”da 40-a yaxın hesab vasitəsilə aktivlərini idarə etdiyi barədə məlumatlar yer alıb:

“Eyni zamanda, OCCRP-nin “Troyka Laundromat” araşdırmalarında “Deutsche Bank” kimi beynəlxalq maliyyə institutlarının bəzi əməliyyatlarda müxbir və ya qarşı tərəf bank kimi adları keçir. Hər iki faktın mövcudluğu Vardanyanla Epşteyn arasında birbaşa maliyyə əməkdaşlığını sübut edir. Hazırda etibarlı mənbələrdə Epşteynin “Deutsche Bank” hesablarının “Troyka Laundromat” pulları üçün istifadə edildiyini, Vardanyanın Epşteynlə birbaşa maliyyə və ya şəxsi əməkdaşlıq etdiyini, Vahe Stepanyanın yazışmalarının həmin əlaqəni sübut etdiyini təsdiqləyən sənədləşdirilmiş dəlillər var. Vardanyanın fəaliyyəti yalnız “Troyka Dialoq”la məhdudlaşmayıb. O, Rusiya siyasi-iqtisadi elitasının böyük layihələrində, o cümlədən Skolkovo təşəbbüsü ilə bağlı strukturlarda iştirak edib. Qlobal şəbəkənin kriminal əlaqələri onun həm Rusiya dövlət kapitalına, həm Qərbin biznes və akademik institutlarına, həm də erməni diaspor şəbəkələrinə çıxışını təmin edib. “İkili agent” statusu hüquqi və kəşfiyyat terminidir. USAİD-in hazırkı ABŞ Prezidenti Donald Tramp tərəfindən bir struktur kimi ləğv edilməsində müstəsna amil Samanta Pauerin çoxşaxəli siyasi layihələrə əl atması idi. Ruben Vardanyanın sərvətləri və missiyası ABŞ institutunun sərəncamında və diqqətində idi. Açıq tədbirlərdə iştirak, beynəlxalq fondlarla əməkdaşlıq, qrant və filantropiya şəbəkələri gizli kəşfiyyat əməkdaşlığının sübutudur. Vardanyanın Ukraynaya qarşı konkret hərbi və ya kəşfiyyat əməliyyatlarında iştirakı da vahid bir missiyanın davamıdır.

Xeyriyyə layihələri separatçı fəaliyyətə, ofşor maliyyə sistemlərinə və ya qanunsuz siyasi idarəetmədə iştiraka görə məsuliyyəti aradan qaldırmır. Əksinə, xeyriyyəçilik ictimai reputasiyanın qorunması və siyasi nüfuzun möhkəmləndirilməsi vasitəsi kimi istifadə edilirsə, onun maliyyə mənbələri və siyasi məqsədləri daha ciddi araşdırılmalıdır”.

TodayPress TV

NEWS FEED
07 AUGUST 2026
"Tarqovı"da obyekt yanır - VİDEO 11:51 Xaranın iştirakı ilə baş verən qəzanın səbəbi açıqlandı 11:47 Tramp "doğum turizmi"nə qarşı yeni sərəncam imzaladı 11:38 Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurlayan şəxs tutuldu 11:28 Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi 09:39 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 All News